Çərşənbə axşamı, 2019-08-20, 2:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Atəşin gülzara döndüyünü görən Nəmrud iman gətirdimi?
2013-02-21, 2:12 AM

Atəşin gülzara döndüyünü görən Nəmrud iman gətirdimi?
Cavab: Bütpərəstliklə fəal mübarizənin nəticəsi olaraq, zalım padşah Nəmrud İbrahimi odda yandırmaq qərarına gəldi. Zalım istismarçılar, adətən, avam kütlələrin qəlbini ələ almaq üsullarını gözəl bilirlər. Nəmrud da belələrindən idi. O, «hanı sizin qeyrətiniz», «nə üçün tanrılarınızı müdafiə etmirsiniz», «qeyrətiniz varsa, İbrahimi oda çəkin» kimi şüarlarla xalqı İbrahimə qarşı qaldırdı. Camaat tonqal üçün qırx gün çır-çırpı daşıdı. Tonqal qalandıqdan sonra ətrafında elə bir hərarət yarandı ki, kimsə yaxınlaşa bilmədi. Çox düşündükdən sonra qərara gəldilər ki, İbrahimi mancanağa qoyub, əzəmətli tonqalın içinə atsınlar. Belə də etdilər. Allah-təala buyurur: «Biz də «ey atəş, İbrahimə qarşı sərin və zərərsiz ol» buyurduq» ("Ənbiya" 69).
«Əl-mizan»da nəql olunan bir rəvayətə görə Cəbrail (ə) İbrahimin (ə) görüşünə gəlib, dedi: «Köməyə ehtiyacın varmı?». İbrahim (ə) belə cavab verdi: «Sənin köməyinə yox!». Cəbrail ona belə təklif etdi: «Onda Allahdan kömək istə». Həzrət İbrahim dedi: «Hamıdan xəbərdar olması kifayətdir!».
Bütpərəstlər İbrahimi atdıqları odun vahiməsindən fəryad çəkir, Nəmrud isə İbrahimin bir ovuc külə dönəcəyi anı həsrətlə gözləyirdi. Amma tonqal yanıb tükəndikdən sonra İbrahimin sağ-salamat onunla üzbəüz dayandığını görən Nəmrud haray çəkib dedi: «Ey İbrahim! Doğrudan da, sənin Allahın böyük imiş. Səninlə od arasında pərdə çəkəcək qədər böyük! İndi ki, belə oldu, O Allahın qüdrətinə xatir qurbanlıq edirəm».
Rəvayətə görə, Nəmrud dörd min qurban kəsdi. Amma İbrahim ona xatırladı ki, bütpərəstlikdən imtina edib, bir Allaha iman gətirməsə, qurbanları qəbul olmayacaq. Nəmrud isə ona belə cavab verdi: «Belə etsəm, taxt-tacım əlimdən çıxar. Mən isə buna dözə bilmərəm».


Category: Sual-cavab | Added by: Ənfal
Views: 392 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]