Bazar günü, 2024-12-22, 1:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Allahın qurbanlığa ehtiyacı varmı?
2013-02-17, 6:48 AM
Allahın qurbanlığa ehtiyacı varmı?
Cavab: Bəşər tarixində qurbanlıq haqqında ilkin məlumatla Adəm peyğəmbərin iki oğlunun əhvalatında rastlaşırıq. «Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərinin isə qəbul olunmamışdır» ("Maidə" 27). Bütün səmavi kitablarda, eləcə də, Qurani-kərimdə ilahi hədlər gözlənilməklə, Allah yolunda qurban kəsilməsi alqışlanılır. Lakin cəhalət üzündən bütün işlərdə ifrata varan insanlar, bu işdə də günaha yol vermişlər. Onlar ibadət üçün xəlq olunmuş insan övladını qurbanlıq etməkdən belə çəkinmişlər. Belələri, təbii ki, Allahın qəzəbinə düçar olmuşlar. Allah-təala İbrahim peyğəmbərə (ə) oğlu İsmayıli qurbanlıq etməsi üçün göstəriş verdiyi halda, İbrahimin əlində bıçağın kütləşməsi, Allahın qurbanlıq üçün qoyun göndərməsi, bir daha vəhşi adətlərin süqutudur.
Allahın qurbanlığa ehtiyacı varmı? Cism olmayan ehtiyacsız Allah belə buyurur: «Onların nə əti, nə də qanı, əlbətdə, Allaha çatmaz. Allaha çatacaq olan, yalnız sizin təqvanızdır» ("Həcc" 37).
Qurban kəsmək ibadətdir. Bütün ibadətlərin əsas hədəfi, kamil insan tərbiyəsidir. Qurban kəsən insan fədakarlıq məktəbi keçərək, şəhadət üçün hazırlıq görür.
Qurbanlığın digər bir əhəmiyyəti də, fəqir və miskinlərin yada salınmasıdır.
Category: Sual-cavab | Added by: Ənfal
Views: 645 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]