Main » Files » Digər məlumatlar » Sual-cavab |
Allahı necə sevmək olar?
2012-12-29, 9:09 PM | |
Allahı necə sevə bilərəm? İstəyirəm ki, həyat yoldaşımı və övladlarımı Allaha görə sevim. Bunu necə edim? "İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar)”. ("Bəqərə” 165). O kəslər ki, Allaha iman gətirir, Ona qarşı daha çox eşq və əlaqə bəsləyərlər. Çünki onlar alim və bilikli insanlardır. Allaha olan eşq qarşısında hər bir meyl və istək onlar üçün dəyərsizdir. Əslində onlar Allahdan başqasını sevgiyə layiq bilmirlər. Ancaq Onun üçün və Onun yolunda iş görərlər. Allahın eşq dənizində o qədər qərq olublar ki, Həzrət Əli (ə) kimi deyərlər: "Bilmirəm əzabına səbir edəm, yoxsa Səndən ayrı və uzaq olmağıma?!”. Həqiqi eşq - bir növ kamaldır. İnsan heç bir zaman yox bir şeyə aşiq olmaz. Həmişə kamal ardıncadır. Ona görə də o kəsin ki, kamalı hamıdan çoxdur, hamıdan çox eşq bəsləməyə layıqdır. Xülasə onu demək olar ki, imanlı insanların Allaha eşq və əlaqəsi bütpərəstlərin öz "məbud”larına olan əlaqələrindən daha şiddətli, daha dərindir. Allah Təala Peyğəmbərinə (s) buyurur: "Mənim məhəbbətim insanların dörd dəstəsi üçün vacibdir: Birinci dəstə: o kəslər ki, bir-birini Mənə görə sevərlər. İkinci dəstə: o kəslər ki, Mənə görə bəyənmədiyim insanlarla dostluqdan əl çəkər və düşmənlə rabitələrini kəsərlər. Əgər aralarında nəfslərinə görə və Allah rizasının əksinə olaraq rabitə olarsa, Allaha olan eşqə görə bu rabitə kəsilər. Üçüncü dəstə: o insanlar ki, Mənə görə bir-biri ilə rabitə qurarlar. Dördüncü dəstə: Mənə təvəkkül edən insanlar”. O kəs ki, Allaha iman bəslədiyi üçün başqalarını sevər, gərək özünə qarşı ümidvar olsun ki, Allahın sevgisi onun üçün vacib olmuşdur. Çünki Allah bəndələrinin Allaha olan sevgisi - insanları Allaha tərəf çəkmək üçün bir vasitədir. Onu Allaha yaxınlaşmaqdan saxlayan şeylərdən isə uzaq edər. İnsan əməli ilə Allah məhəbbətini əldə edər və Məhbubunun sevgisinə çatar. Hər bir sevən istəyər ki, qarşı tərəf də onu sevsin. Allah bu məhəbbəti əldə etməyin yollarını insana Quranda göstərir və buyurur: "De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır». ("Ali-İmran” 31). Beləliklə deyə bilərik ki, insan əgər Allahı sevirsə, deməli başqalarına olan sevgisi Allaha görədir. Əgər Allahın əmrlərini yerinə yetirsəniz, həyat yoldaşınıza və övladınıza olan sevginiz Allaha görə olacaqdır. Əks halda belə deyildir. (Tebyan/ Deyerler.org) | |
Views: 826 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |