Çərşənbə axşamı, 2024-04-16, 3:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Yüksəliş təkrarı
2012-11-07, 10:39 AM

Yüksəliş təkrarı

Bəziləri müəyyən dini ayinlərin, o cümlədən namaz və Qüran qiraətinin təkrarlanmasını sadə bir söz və əməli təkrarlamaq kimi faydasız sayır. Ustad Möhsin Qəraəti bu qəbil sualları məntiqi şəkildə cavablandırır:

Əgər insan mərtəbələri yuxarı qalxmaq üçün təkrar-təkrar ayağını bir pillədən götürüb o birinə qoyursa və ya yer qazan şəxs təkrar-təkrar külüng çalırsa bu adi təkrar deyil, irəli aparan təkrardır. Faydasız təkrar bir pillə qalxıb, bir pillə düşməkdir. Namaz o zaman təkrar olar ki, insan hər namazda yüksəlməsin, onun mənəvi məqamı ucalmasın...
Demək, müqəddəs İslam təlimlərində təkrar kimi görünən bütün əməllər əslində insanın yüksəlişi üçündür. Əslində zikr əhli deyilən saleh zümrə eyni ilahi zikrləri təkrarlamaqla məşğuldur. Bir gündə yüzlərlə rəkət namaz qılmadan, eyni zikri minlərlə dəfə təkrarlamadan seyr-süluk yolunu getmək olmaz. Bir şərtlə ki, hər zikr yuxarıya bir addım olsun.

HaqqYolu
Elm və Mədəniyyət bölməsi
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 674 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]