Cümə axşamı, 2024-03-28, 11:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Vəkil: "Hacı Tale Bağırova qarşı işgəncə tətbiq edilib"
2013-04-05, 11:22 AM

Vəkil: "Hacı Tale Bağırova qarşı işgəncə tətbiq edilib"

"Qolunun bilək hissəsini bərk sıxdıqlarına görə həmin nahiyədə qan dövranı normal deyil və bu səbəbdən sağ əlini hərəkət etdirə bilmir"
Hacı Tale Bağırovun ailəsi ilahiyyatçının hüquqlarının müdafiəsi üçün vəkil Cavad Cavadov ilə müqavilə bağlayıb.
Bundan sonra vəlik Cavad Cavadov Tale Bağırovla görüşə bilib.
Cavad Cavadov İslamazeri.az İnternet Qəzetinə bildirb ki, hacı Tale Bağırova qarşı işgəncə tətbiq olunub:
"Hacı Tale Bağırov 31 mart tarixində həbs olunarkən və Sabunçu rayon polis idarəsində olarkən ona qarşı fiziki güc tətbiq edilib, döyülüb və işgəncəyə məruz qalıb. İttiham verirlər ki, üzərindən narkotik aşkarlanıb. Təbii ki, ittihamla razı deyil.
Tətbiq edilən işgəncələrin izləri hələ də qalır. Tale Bağırov mənə bildirdi ki, polis idarəsinə aparıldıqdan sonra onun əllərini ayaqlarına skoçla bağlayaraq döyüblər. Qolunun bilək hissəsini bərk sıxdıqlarına görə həmin nahiyədə qan dövranı normal deyil və bu səbəbdən sağ əlini hərəkət etdirə bilmir.
Dünən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Sabunçu polisinə gələrək Tale Bağırovu BMCMİ-yə aparıb və hazırda o müvəqqəti saxlanılma təcridxanasında saxlanılır. Hazırki saxlanma şəraiti və ona qarşı olan münasibət barədə heç bir şikayəti yoxdur.
Dünən Hacı Tale barədə 2 aylıq həbs qəti imkan tədbiri seçib. Biz bununla bağlı apellyasiya şikayəti veririk. Eyni zamanda işgəncə faktlarının araşdırılması, məhkəmə tibbi ekspertizasının təmin olunması üçün prokurorluğa və məhkəməyə müraciət edirik.
Sürücü Anar Məlikovun işinə isə mən baxmıram. Amma onu deyə bilərəm ki, onun işini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi götürməyib."

Islamazeri.az
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 906 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 3
0  
3 GADİR   (2013-04-06 8:07 PM) [Daxil et]
[size=17]AMIN![/size]

0  
2 Ənfal   (2013-04-06 5:47 AM) [Daxil et]
GADİR  2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən hicab aksiyası zamanı həbs olunub 
http://www.mediaforum.az/az....OGIjbfI
Əla lənətullah ələl qövmiz-zalimin!

0  
1 GADİR   (2013-04-05 3:22 PM) [Daxil et]
Allah səbir versin,Allah köməy olsun!

əsas səbəb nədədir?

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]