Cümə axşamı, 2019-08-22, 2:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Vəhhabiləri belə gördük (ilk yazı)
2013-05-26, 4:14 AM
Vəhhabiləri belə gördük (ilk yazı)


Vəhhabilər və nəsibilər Əhli Beytin (ə) qəbirlərinin müqəddəs torpağına təvəssülün şirk olmağı barədə boş-boş sözləri ilə bu mövzuda elmi az olan müsəlmanların qəlblərinə şübhə salırlar.
Bir çox sünni tədqiqatçılar, həmçinin şiə alimləri bu mövzuda dəlillər gətirsələr də, Vəhhabilər qə...bul etmirlər.
Bəs görəsən İbn Teymiyyəni "müqəddəs” qəbri barədə nə düşünürlər? Ona təbərrük halaldır və şəfalıdır?


İbn Teymiyyənin qəbir tozu konyunktiviti (göz qapağı selikli qişasının iltihabı) müalicə edir. Yanlış oxumadınız. Bəli, bəli, İbn Teymiyyənin qəbir tozu şəfalı imiş. Amma Əhli Beytin (ə) qəbirlərinə təbərrük haramdır!!!


İbn Nəsir əl-Din Dəməşqi (ö. 842-ci il) "İbn Teymiyyənin kafir olduğunu deyənlərə ətraflı cavab” kitabı, səh. 135

İbn Haci bu rəvayəti Bətaihi əl-Mizzidən danışır:

Mən gənc olanda qızımın gözlərində konyunktivit problemi var idi. Biz İbn Teymiyyəyə inanırdıq və o əvvəllər atamı ziyarət üçün bizə gəlmişdi. Öz-özümə dedim ki, mən onun qəbrindən torpaq götürüb qızımın gözünə qoymalıyam. İbn Teymiyyənin qəbrinə gəlib çatanda bir bağdadlı kişinin ibn Teymiyyənin qəbrindən çoxlu torpaq götürdüyün gördüm. Mən onun bu torpağı nə edəcəyini soruşdum. O mənə övladlarının gözlərində konyunktivit olduğunu dedi. Mən bunun xeyir edib-etmədiyini xəbər aldım. O dedi ki, əvvəllər istifadə edib. Bundan sonra mən bu torpaqdan qızıma apardım və o yatarkən gözlərinə qoydum və o sağaldı.

Ey Əhli Beyti (ə) şiələrdən çox sevdiyini iddia edənlər! İbn Teymiyyənin qəbrindən götürülmüş torpaq şəfalı ola bilər, ancaq İmam Hüseynin (ə) qəbrindən götürülmüş torpaq yox?
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 437 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]