Cümə axşamı, 2023-02-02, 5:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Vəhabilik, yoxsa vəhşilik?! (2)
2013-05-26, 4:12 AM
Vəhabilik, yoxsa vəhşilik?! (2)
Vəhabi düşüncəsinin tənqid və təhlili

Qeyd edildiyi kimi, vəhhabilər Peyğəmbərin (s) və digər şəxsiyyətlərin məzarlarını ziyarət edilməsinin haram olmasına dair "Şəddur-rihal” hədisinə istinad etmişlər. Hədisin məzmununa görə göstərilmiş üç məsciddən başqa, səfərə çıxmaq düzgün hеsab edilmir.
Hədisi daha aydın düşünmək üçün aşağıdakı məqamları diqqətdən qaçırmamalıyıq.
Hədisə görə bu üç məscid qoyulmuş qadağadan kənarda qalır – istisna edilir. Amma bu məscidlər nədən istisna olunur? Burada mövzu və istisna mərkəzinin (müstəsna minh) nədən ibarət olması, cümlədə açıq şəkildə öz yerini tapmır. Belə hallarda ərəb dilinin qrаmmatik qaydаlаrınа müvafiq olaraq, cümlənin bitmiş bir fikri ifadə etməsi və mənasının dolğun şəkildə tamamlanması üçün, məna ilə uzlaşan bir kəlmə nəzərdə tutulmalıdır. Bu kəlmənin isə iki sözdən birinin olması ehtimalı var.
Birinci еhtimal: "Məscid” sözü.
İkinci еhtimal: "Yer” yaxud "Məkan” sözü.
Birinci еhtimalın izahı: Mövzu (müstəsna minh) "məscid” sözü olarsa, hədisin mənası bu şəkildə düzəlir: Namaz qılmaq üçün bu üç məsciddən əlavə, digər məscidlərə getmək qadağandır. Yəni, namaz qılmaq, yalnız, bu üç məsciddə məhdudlaşmalıdır. Bu surətdə ərəbcə işlənmiş variantda (hədisin orijinalı) "İlla” ədatı vasitəsi ilə bildirilən bu inhisarçılıq, nisbi məhdudiyyət olacaqdır (həsri-nisbi). Belə ki, Peyğəmbərin (s) göstərişi sübuti və inkarı formada məscid oxu ətrafında fırlanır. Allahın rəsulunun (s) məzarının ziyarət edilməsi isə, ümumiyyətlə mövzudan xaricdir. Bu şəkildə hədisin məzmunundan bunu anlamaq olar ki, bir şəhərdə came məscidi (şəhərin böyük və mərkəzi məscidi) olarsa, oranın əhalisin o məscidi boşlayıb, digər şəhərə müsafirət edərək oranın came məscidində namaz qılması yersizdir. Çünki, bu iki məscidin Allah yanında dəyəri və qılınan namaz qarşılığında verilən savab bərabərdir; lakin sözügedən üç məscid, müstəsna hal təşkil edir. Belə ki, orada namaz qılmaqla insan daha artıq savab və ilahi mükafata yiyələnmiş olur.
Bu hədis yalnız "məscidlər” haqda söhbət açdığından, sair ərazilərə səfər etməyə dair açıqlama vermir.
İkinci еhtimalın izahı: Əgər "məkan” yaxud "yer” sözünü, zehnimizdə mövzu və istisna mərkəzi (müstəsna minh) kimi yerləşdirsək, yalnız o zaman, İbn Teymiyyə və ardıcılları öz müddəalarının isbatı yönümündə bu hədisə əsaslana bilərlər; çünki, belə olan təqdirdə hədisin mənası aşağıdakı kimi olacaqdır:
"Bu üç məsciddən başqa heç bir yerə səfər etmək olmaz.” Bu zaman "İlla” ədatı vasitəsilə ifadə olunan məhdudiyyət, həqiqi inhisarçılıq olacaqdır. (Həsri-həqiqi).
Ancaq ikinci ehtimala bir çox tutarlı və qaçılmaz iradlar olunur. Sözümüzü bu iradları açıqlamaqla davam etdiririk.
Birinci fərziyyəni qəbul etməyə məcburuq. Çünki, "məscid” sözünün mövzu (müstəsna minh) kimi nəzərdə tutulması, həm hədisin zahiri mənası (ibtidai) ilə, həm də ümumi kütlənin zehnindən keçən ilkin məna ilə üst-üstə düşür. (Təbadüri-ürfi). Təkcə belə olan halda hökm və mövzu arasında uyğunluq və qrаmmatik bаğlılıq yaranacaqdır.
Amma "məkan” sözü istisna mərkəzi (müstəsna minh) kimi nəzərdə tutularsa, bu surətdə Allah dostlarının (imamlar və əməli salehlər) məzarlarının ziyarət edilməsi ilə hədis arasında heç bir bağlantı mövcud olmayacaqdır.
Qəbirlərin və övliyaların məqbərələrinin ziyarət edilməsi şübhəsiz ki, üsula uyğundur!
Buraya qədər, əziz İslam peyğəmbərinin (s) məzarının ziyarət edilməsi haqda söhbət etdik; digər qəbirlərin ziyarətinə gəlincə isə, demək olar ki, bu işin şəriәt baxımından qanuni olmasına dair yekdil rəy mövcuddur. Hәzrәt Peyğəmbərin (s) özü də qəbirlərin ziyarətinə gedər və müsəlmanları bu işin icrasına sövq edərdi. O həzrət (s) anası, Vəhəbin qızı Aminənin məzarını ziyarət edərdi. Müsəlmanların keçdiyi tarixi həyat yolu da onu göstərir ki, onlar daim qəbirləri ziyarət edərdilər.

Ardı var.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


sibtayn.com
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 604 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]