Şənbə günü, 2019-08-24, 11:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Vəhabilik, yoxsa vəhşilik?! (1)
2013-05-26, 4:10 AM
Vəhabilik, yoxsa vəhşilik?! (1)

Müasir dövrümüzdə "modern" şəkildə islamın əsil dəyərlərini hədələyən vəhabilər, tarix boyu təkcə şiəçiliyin deyil, əslində islamın kökünə balta vurmuşlar. Əziz oxucu! Hansı Tanrının dini vəhşilik və cniyətə icazə verir?! Aşağıdakı faktları oxuyarkən bir daha şəffaf olaaq ki, "vəhabi" firqəsi təsadüfi şəxslər - xüsusi ilə də, islam düşmənlərinin anormal düşüncəli fədləri tərəfindən yaradıldığının şahidi olacaqsız. "Düzlük"-dən dən vuran cəllad vəhabilərin törədiyi cinayətlərə ötəri nəzər salaq:
Kərbəlada şiələrin amansızcasına qətlə yetirilməsi
Doğrudan da vəhhabilər müqəddəs ziyarət ocaqlarında törətdikləri cinayət aktları ilə tarixin səhifəsini zülmətə qərq edərək, alınlarına şərəfsizliklərini əks etdirən daimi bir damğa vurdular.
Bu məzhəbin nümayəndəsi olan Səlahәddin Muxtar yazır: Səud 1216-cı (h.q) ildə Nəcd, Cənubda yaşayan tayfalar, Hicaz və digər bölgələrin əhalisindən ibarət böyük qoşunla İraqa tərəf hərəkət edərək ziqədə ayında Kərbəlaya yetişdi. Onlar Kərbəlanı mühasirəyə aldıqdan sonra şəhərə basqın edərək, qala və divarları darmadağın etdilər. Küçə və bazarda olan dinc əhalinin əksəriyyəti qətlə yetirildi. Şəhəri talan etdikdən sonra günortaya yaxın qarət olunmuş mal-dövlətlə oranı tərk etdilər. Qənimət olunmuş malları Səudun özü mənimsədi. Yerdə qalanını isə hər piyadaya bir hissə və süvariyə iki hissə düşmək şərtilə qoşunun arasında bölüşdürdü.
Vəhhabi tarixçilərindən sayılan Şeyx Osman Nəcd yazır: Vəhhabilər gözlənilmədən Kərbəlaya soxuldular. Əhalinin böyük əksəriyyətini küçədə, bazarda və öz evlərində qətlə yetirdilər. (Onlar hətta Peyğəmbərin (s) nəvəsinə belə ehtiram etməyib) Hüseynin (ə) məzarını dağıdaraq, hərəmə (məqbərəyə) aid bütün qiymətli əşyaları mənimsədilər. Şəhərdə olan mal-dövlət, qiymətli daş-qaş, silah, geyim, xalça, qızıl və nəfis Quran kitablarını oğurladılar. İyirmi min günahsız insanın həyatına son qoyduqdan sonra, günortaya yaxın şəhəri tərk etdilər.
Bəzi tarixçilərin yazdıqlarına görə vəhhabilər bir gecədə iyirmi min nəfəri qətlə yetirdilər.
Mirzә Əbi Talib İsfаhani öz səfərnaməsində yazır: Londondan qayıdıb Kərbəla və Nəcəf şəhərlərindən keçərkən iyirmi beş min nəfər vəhhabinin Kərbəlaya hücum çəkdiyinin şahidi oldum. Onlar, "Müşrikləri öldürün və kafirlərin başlarını kəsin” şüarlarını səsləndirərək, beş min nəfərdən çox insanın ölümünə səbəb oldular. Yaralıların isə sayı-hesabı yox idi. İmam Hüseynin (ə) müqəddəs məzarının ətrafı ölü cəsədləri ilə dolu idi. Başsız bədənlərdən qan su yerinə axırdı.
Mən bu hadisədən on bir ay sonra Kərbəlaya getmişdim. Xalq "tövhid carçılarının” törətdikləri vəhşilikləri xatırlayaraq ağlayırdılar. Bu ürəkağrıdıcı hadisəni eşidən hər bir kəsin bədəninin tükləri qalxır və vücudu lərzəyə gəlirdi.
Vəhhabilər Kərbəla əhalisini kütləvi şəkildə rəhimsizcəsinə qırğına verərək, İmam Hüseynin (ə) müqəddəs hərəminə (məqbərəsinə) son dərəcə hörmətsizlikdən sonra həmin ordu ilə Nəcəf şəhəri istiqamətində hərəkət etdilər. Lakin Nəcəf camaatı onların Kərbəlanı qarət etməsi və törətdikləri cinayətkarlıqdan xəbər tutduğu üçün əvvəlcədən müdafiəyə hazır idilər. Hətta qadınlar vəhhabilərin qarət, qətl vә nаmusа tәcаvüz kimi qeyri-insani davranışlarının qurbanı olmamaqları üçün öz kişilərini onlarla mübarizəyə təhrik edirdilər.
1215-ci (h. q) ildə Həzrət Əlinin (ə) müqəddəs məqbərəsini dağıtmaq məqsədi ilə Nəcəf şəhərinə yollanmış bir qrup vəhhabi sə yolda bədəvi ərəblərlә qarşı-qarşıya gələrək nəticədə məğlubiyyətə uğradılar.
Vəhhabilərin on il әrzindә bir neçə dəfə Kәrbәlа vә Nəcəf şəhərlərinə kəskin hücumları olmuşdur.
Hicazda Taif əhalisinin kütləvi qırğını
Bəlkə də ilk baxışda bəziləri belə düşünsün ki, vəhhabilər yalnız şiələrin yaşadığı ərazilərə hücum etmiş və təkcə bu məzhəbin nümayəndələrinin yaşadığı şəhərləri çapıb talamışlar. Lakin onların Hicazda və Şamdakı kobud davranışına nəzər saldıqda aydın olur ki, hətta sünnilərin yerləşdiyi məntəqələr belə, onların vəhşicəsinə törətdikləri cinаyәtlәrdәn kənarda qalmamışlar.
Cəmil Sidqi Zəhabi vəhhabilərin Taif şəhərinə hücumu barəsində yazır: 1217-ci (h. q) ildə Taif camaatının kütləvi qırğını vəhhabilərin törətdikləri ən çirkin işlərdəndir. Böyük və kiçiyə hörmət etməyən bu qansızlar südəmər körpəni ana döşündəcə öz qanına bulaşdırdılar. Quran oxumaqla məşğul olanları və məsciddə namaz qılmaqda olan şəxsləri belə qətlə yetirdilər. Quran, Səhih-Buxari, Sәhih-Müslim vә digәr hədis və fiqh kitablarını küçə və bazarlarda аyаqlаr altına аtаrаq aradan apardılar.
Vəhhabilər Taif şəhərində çoxsaylı insan ölümü ilə nəticələnən vəhşilikdən sonra Məkkə alimlərinə ünvanladıqları məktubda onları öz ayinlərinə dəvət etdilər. Alimlər məktubu cavablandırmaq məqsədi ilə Kəbəyə toplaşdılar. Elə bu an vəhhabilərin zülmünə məruz qalmış Taif əhalisindən bir qrupu Məscidül-Hərama daxil olaraq, onların başına gətirdiklərini məclis əhlinə açıqladılar. Bunu eşidən iştirakçılar dəhşətə gəldilər. Sanki bir anlığa orada qiyamət səhnəsi quruldu. Sonda isə Məkkədən və digər İslam ölkələrindən Həcc ziyarətinə gələn sünnə-əhlinin dörd əsas müfti və alimləri vəhhabilərin kafir olmasına dair qərar çıxardaraq, onlarla mübarizəyə qalxmağı Məkkə əmirliyinə zəruri hesab etdilər. Onlar həmçinin əlavə etdilər ki, bu cihadda (vəhhabilərlə mübarizədə) iştirak etmək hər bir müsəlmana vacibdir. Bu yolda ölənlər isə şəhid hesab olunur...

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
sibtayn.com
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 416 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]