Cümə günü, 2024-04-26, 11:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Tövbə qapısını necə açaq?
2013-01-12, 7:02 AM
Tövbə qapısını necə açaq?
Çoxlarımız bəzən dini vəzifələrimizdə süstlük edirik. Bunun üçün çox sayda bəhanə gətiririk və bu bəhanələr bizi həmin vəzifələri görməkdən üzrlü etməz. Hər bir müsəlman tək-tək əməlinə görə cavab verəcəkdir.

Çünki bunu bizə Quran və hədislər söyləyir. "Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız, siz üstünsünüz”. ("Ali-İmran” 139).

İmam Əli (ə) Peyğəmbər (s) haqqında buyurur: "Pərvərdigarının risalətini süstlük göstərmədən yerinə yetirdi, Allah yolunda düşmənləri ilə vuruşdu, halbuki, heç bir üzr və bəhanə gətirmədi”.

Tövbə edən zaman tələsin

"Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir. Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır”. ("Nisa” 17-18).

"Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon və ordusu onları zülm və düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam». (Ona deyildi): «İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin». ("Yunus” 90-91).

İmam Əli (ə) Təlhə və Zübeyrə məktub yazaraq buyurur: "O kəslərdən olma ki, nəfsi istəkləri ona üz tutmuşdur. İtaətsizlik edər və tövbəni təxirə salar”. Həzrət (ə) başqa yerdə buyurur: "Şeytan insana hakim olmuşdur. Günahı və itaətsiziyi onun üçün bəzəyər. Onu tövbəyə ümidvar edər ki. onu təxirə salsın. Qəfildən ölüm gələr, halbuki o, ölümdən qafil olmuşdur”.

İmam (ə) yenə də buyurur: "O zamana qədər ki, əməl yuxarı qalxar, tövbənin faydası vardır, axirət üçün iş görün”. Burada əməlin yuxarı qalxması o deməkdir ki, həmin əməllər qəbul olmuşdur. Əməl ölümdən sonra qəbul olmaz və yuxarı qalxmaz. Beləliklə demək olar ki, tövbə o zaman qəbul olmaz ki, ölüm çatar.

Hələ ki, sağıq və həyatdayıq tövbə qapısını üzümüzə açıq qoyaq və hər fürsətdə tövbə etməyə çalışaq. Onu təxirə salmayaq. Çünki Allah tövbə edənləri sevər.



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 576 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]