Cümə günü, 2024-05-03, 10:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Təqva əhli də cəhənnəmə daxil olacaqmı? - ARAŞDIRMA
2013-02-12, 3:53 PM
Təqva əhli də cəhənnəmə daxil olacaqmı? - ARAŞDIRMA
 
(Tebyan saytına isyinadən) 

"Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. ("Məryəm” 71-72).

Bu ayənin zahirindən belə başa düşmək olur ki, Qiyamət günü hər kəs həm günahkar və həm də təqvalılar cəhənnəmə daxil olacaqlar. Sonra Allah onları cəhənnəmdən çıxardacaqdır. Bu zaman insanın zehninə belə bir sual gəlir ki, görəsən Peyğəmbərlər (ə) və İlahi Övliyalar (ə) da cəhənnəmə daxil olacaqlar?

Bu ayədəki daxil olmaq sözünə nəzər salaq. Bu daxil olmaq sözü, həmin bu məsələnin açarıdır. İslam alimləri daxil olmaq sözünə görə üç ehtimal irəli sürüblər. Hər biri üçün də dəlil gətiriblər:



1. Daxil olmaq, yəni hazır olmaq deməkdir. Bu mənanın tərəfdarlarından biri də Əllamə Təbatəbaidir. Ona görə iki ayəni misal gətirir. Birinci ayədə Həzrət Yusifin (ə) yerləşdiyi quyuya su götürmək üçün qabın atılmasına aid idi. İkinci ayə isə Həzrət Musa (ə) Şuəybin qızlarına su götürmək üçün quyunun başına gəlməsinə aiddir. Bu iki ayənin hər birində heç kim quyuya daxil olmur. Sadəcə olaraq hazır olmuşdular. Ona görə bu alim bildirir ki, təqvalıların atəşdən nicat tapması üçün onların bu atəşə daxil olması zəruri deyildir.

İmam Sadiq (ə) buyurur: "Məgər eşitməmisən ki, ərəb deyər: filan qəbiləyə daxil oldum, yəni ona yaxınlaşmışam, nəinki daxil olmuşam”.



2. Daxil olmaq, yəni oradan ötüb keçmək mənasında işlənir. Bu mənanı bəyan edən təfsirçilər Sirat haqqında gələn hədislərə istinad edirlər. Abdullah ibni Məsud bizə Peyğəmbərdən (s) belə bir hədisi nəql edir ki, Həzrət (s) buyurub: "İnsanlar alova daxil olacaqlar və bayıra çıxacaqlar. Bayıra çıxmaqlarının yavaş və ya tezliyi əməllərindən asılıdır. Məsələn, işıq kimi girib çıxarlar. Ya məsələn, külək kimi girib çıxarlar. Bəziləri at kimi çaparlar. Bəziləri isə dəvəyə minən kimi. Bəziləri piyada qaçan kimi və bəziləri də adi halda piyada yol gedən kimi”.

Bu nəzərin tərəfdarları kimi "Əttəyyibul-bəyan” təfsirinin sahibini göstərmək olar. O, deyir: "Belə görünür ki, bir çox hədislərimiz vardır ki, dinimizin zərurətlərindəndir. Sirat məsələsidir, cəhənnəm məsələsidir. Behişt əhli gərək bu Siratdan keçə bilsin. Bu Sirata giriş cəhənnəmdəndir. Hədislərdə oxuyuruq ki, Siratın üç hissəsi vardır. Bir hissəsi başı aşağı, bir hissəsi düz və bir hissəsi də başı yuxarı. Əlbəttə, başı aşağı olanda cəhənnəmə daxil olar, başı yuxarı hisəsində isə nicat tapar”.



3. Daxil olmaq, yəni girmək və daxil olmaqdır. Təfsirçilərin əksər hissəsi yuxarıdakı ayə üçün bu mənanı münasib bilmişdilər. Onların fikrinə görə təqvalılar cəhənnəmə daxil olacaq və Allahın izni ilə atəş soyuq olacaqdır. Necə ki, Həzrət İbrahim (ə) üçün soyuq olmuşdu, bu atəş də belə olacaqdır. Bu nəzəriyyənin tərəfdarlarından biri Ayətullah Məkarim-Şirazidir. Onlar bu nəzəriyyələrini Peyğəmbərdən (ə) gələn hədislə möhkəmləndirirlər. Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Daxil olmaq - həmin girməkdir. Elə bir mömin və günahkar yoxdur ki, cəhənnəmə daxil olmasın. Həmin cəhənnəm mömin üçün soyuq olacaqdır. Necə ki, atəş İbrahim (ə) üçün soyuq olmuşdu. Atəş öz soyuqluğundan fəryad çəkər. Allah təqvalı olanlara nicat verər və zalımları orada saxlayar”.

Üçüncü nəzəriyyənin tərəfdarları gərək bu suala cavab versinlər ki, təqvalıların cəhənnəmə girməklərinin hikməti nədir? Niyə Allah yaxşı əməl sahiblərini cəhənnəmə daxil edər?

Bu suala cavab verən zaman deyə bilərik:

"Cəhənnəmi müşahidə etmək nəticəsində möminlər İlahi behiştin nemətlərindən həddi əksər şəkildə ləzzət alacaqlar. Çünki sağlamlığın qədrini o kəs bilir ki, müsibətə düçar olar. Burada möminlər müsibətə düçar olmayacaqlar. Bəlkə ancaq müsibət səhnəsini müşahidə edəcəklər. Necə ki, hədisdə deyilir ki, atəş onlar üçün soyuq olacaqdır. Onların nuru atəşin şöləsini öz təsiri altına salacaqdır”.

Bəzi hədislərdə oxuyuruq ki, Allah heç bir behişt əhlinə cəhənnəmi göstərmədən behiştə daxil etməz. Heç bir cəhənnəm əhlinə də behişt nemətini göstərmədən cəhənnəmə daxil etməz. Çünki bu zaman cəhənnəm əhlinin həsrəti daha çox olar. Behişt əhlinin isə sevinci və şadlığı çox olar.

Nəticədə deyə bilərik ki, bu ayələrə görə təqvalıların cəhənnəmə daxil olması əzab görməyə görə deyildir. Onlara bu yolda heç bir zərər dəyməyəcəkdir. Bəlkə onlar bu yolun sayəsində behişt nemətlərinin qədrini ikiqat biləcəklər.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 621 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]