Bazar ertəsi, 2020-09-28, 10:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Seçə bilmədiyimiz mənzili abad etmək
2012-10-29, 2:22 PM

Seçə bilmədiyimiz mənzili abad etmək

  Qəbir aləmi bizim üçün naməlum bir mövzudur. Biz onun haqqında hədislərdən oxuyub, məlumat toplayırıq. Bu xəbərlərdə qəbrin dəhşətli bir yer olduğu və orada qəbrin təzyiq göstərdiyi haqqında məlumat verilir. Bu elə bir evdir ki, hamımız axır-əvvəl ora daxil olmalıyıq. Bu elə evdir ki, onu seçmək bizim ixtiyarımızda deyildir. Ondan da qaça bilmərik. Yenidən dirilənə qədər orada qalacağıq. Qəbirdə bizim başımıza gələn ən pis şey - qəbrin təzyiq göstərməsidir, sıxılmasıdır. Qəbir o qədər sıxılar ki, insanın sümükləri nazikləşər.

Bəs kimlər qəbirdə təzyiqə məruz qalırlar? Bəzi insanlar həyatda gördükləri əməllərə görə qəbir əzabına düçar olurlar. Hədislərə əsasən bir neçə növ qəbir əzabı vardır. Söz gəzdirənlərə, əxlaqsız qadın və kişilərə, ailədə sərtlik göstərənlərə, çoxlu yersiz söz danışanlara, o kəslər ki, təharətə diqqət etmirlər – bu kateqoriyalara işarə edilmişdir.

Hədislərin birində oxuyuruq ki, Peyğəmbərimiz (s) səhabələrin birinin cənazəsində iştirak edirdi. O, buyurur: "Onun cənazə mərasminə çox sayda mələk gəlmişdir”. Ancaq elə ki, qəbirin üstünü örtdülər, buyurdu: "Qəbir ona o qədər təzyiq göstərdi ki, sinəsindəki sümüklər sındı”. Dedilər: "Ya Rəsulallah! O ki, yaxşı insan idi?”. Buyurdu: "Bəli, yaxşı insan idi, ancaq evində tünd xasiyyət idi”. Bu, o mənada deyildir ki, evində insanları təhqir edir və onlara nalayiq sözlər deyir, ya zülm edir. Əgər belə olsaydı, müsəlman sayılmazdı. Belə ki o, evə gələndə evin havasını soyudardı. Deyinərək, övladlarına və həyat yoldaşına əziyyət verərdi. Bu məsələdə qadınla kişi arasında fərq yoxdur. Bu cür insanlar qəbir əzabı görəcəklər.

Cavanlığını hədər vermək və yersiz işlərlə məşğul olmaq da insana qəbir əzabı gətirər. İnsan əgər başqalarına dinə yaramayan tərzdə baxarsa, o, axirətdə böyük əzabla cəzalandırılacaqdır. Ancaq əgər yersiz və nəticəsiz baxarsa, bu qəbir əzabına düçar olar. Ğinaya qulaq asmağın və televiziyada bəyənilməyən filmlərə baxmağın axirət əzabı vardır. Ancaq ömrünü yersiz filmlərə baxmaqla puç etmək və ya yersiz toplantılarda iştirak etməyin qəbir əzabı vardır.

İnsanın danışığı, rəftarı, oturub-durmağı dünya və axirəti üçün faydalı olmalıdır. Faydasız və nəticəsiz əməllərlə məşğul olmaq - insanı qəbir əzabı ilə qarşılaşdırar. Ancaq çoxlarımız belə düşünürük ki, biz müsəlmanıq və vacibatlarımızı yerinə yetirirk. Ona görə də bizə əzab yoxdur. Lakin müsəlmanın hər bir hərəkətinə və rəftarına görə verəcəyi bir hesab vardır.

Gəlin, gün ərzində gördüyümüz işlərə bir nəzər salaq. Səhərdən axşama qədər nə qədər yersiz iş gördüyümüzü yadımıza salaq. Televizora baxmağımız, telefonla saatlarla yersiz danışmağımız, internetdə nəticəsi olmayan axtarışlar, vaxtı faydasız xəbərləri dinləməyə sərf etmək... Vay olsun bizə ki, indidən qəbirimiz üçün əzab hazırlayırıq.

Məsumlardan (ə) belə bir hədis vardır: "Əziz vaxtını günaha və haramlara xərcləmə ki, ən çox ibadət edənlərdən olasan. Allahın dini yolla sənə inayət etdiyinə şükür et ki, ən ehtiyacsız insan olasan. Qonşuna yaxşılıq et ki, mömin hesab ediləsən. Özün üçün xoşladığın şeyləri hamı üçün də xoşla ki, yəqin əhli olasan. Çox gülməkdən çəkin ki, çox gülmək qəlbləri öldürər”.

Kərbəlada bir kişi yaşayırdı ki, Kərbəladan kənarda böyük bir bağı var idi. Bir müddət idi ki, bağını satmağı qərara almışdı. Müştəri gəldi və o, bağını 3 min dinara satdı. O günlər üç min dinarın dəyəri on kiloqram qızıldan çox idi. Bir gün yoldaşlarından biri onu görür və soruşur ki, bağın necə oldu? O, da cavabında dedi ki, satmışam. Soruşdu: Neçəyə satmısan? Dedi: Üç min dinara. Həmin şəxs də təəcüblə ona baxır və deyir: Nə ucuz satmısan? Mən bu bağa sənə 6 min dinar verməyə hazır idim. Bu şəxs evinə gəlir və nə qədər zərər etdiyini düşünür və o qədər düşünür ki, nəhayət infakt keçirib, ölür. Həmin günlərdə çox az insan qəflətən ölürdü və onun bu ölümü ilə hamı başa düşdü ki, o, zərər etdiyinə görə ölmüşdür.

Ancaq insan ömrü bu bağdan daha dəyərli və daha qiymətlidir. Ancaq elə bir gün ola bilər ki, insan ömrünü hədər verdiyini anlayar və o gün təəsüf günü olar. Hətta əgər günah belə işlətməsə, əzaba düçar olmasa da, ömrünü hədər verdiyi düşüncəsi ona əzab verəcəkdir.

Qəbrin ilk gecəsi haqqında çox düşünməliyik. Əxlaq alimləri deyirlər ki, gün ərzində ən azı 7-8 dəfə qəbir və bərzəx aləmini xatırlamalıyıq. Günah işlədən zaman ölümü xatırlayaraq özümüzü kontrol edək. Gördüymüz işin bizə fayda verəcəyini düşünək. Axirətimiz üçün faydalıdır, yoxsa yox?

Özümüzə təlqin edək ki, İmam Zaman ağa (ə.f.) hər yerdədir və mən onun hüzurundayam. Hüzurda olan zaman ədəbə riayət etmək lazımdır. Bu yolla əməllərimizi və nəfsimizi islah etməyə çalışaq ki, arzu etdiyimiz İlahi qurba çata bilək.



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 514 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0  
2 İstiğfar   (2012-11-03 2:32 PM) [Daxil et]
Va aleykum salam.
Gəlin hər zaman şiə olduğumuzu kimin yolundan getdiyimizi unutmayaq hər şeydən öndə əməllərimizidə etdiyimiz her şeydə Allahın və əhli beytin razılığıdır.

0  
1 GADİR   (2012-10-29 10:38 PM) [Daxil et]
Salam aleykum
Bismillahir-Rəhmanir-Rəhim.
Bir insan deir ki filansahə torpaq mənimdir!
torpaq cavabinda deir; İnsan mənim olan yerdə mən onun necə ola bilərəm!?
Allah bizləri əməli salehlərdən əmr versin.Amin!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]