Çərşənbə günü, 2024-04-24, 4:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Səhər tezdən durmaq üçün bir neçə tövsiyə - ARAŞDIRMA
2013-06-18, 8:17 AM

Səhər tezdən durmaq üçün bir neçə tövsiyə - ARAŞDIRMA

 Bəzən səhər tezdən yuxudan durmaq üçün saatınızı qurursunuz və bəzən də saatınızı söndürüb, yenidən yatırsınız. Belə olan zaman istədiyiniz vaxtda qalxa bilmirsiniz.

Əslində səhər tezdən durmaq üçün bədənin saatını rejimə salmaq lazımdır. Bunun üçün bir neçə yol vardır ki, onlara işarə edək:

1. Səhər tezdən durmağın səbəbini bilək.

Səhər tezdən yuxudan ayılmaq üçün bir səbəb olmalıdır. Məsələn, ailənizlə yemək yemək istəyirsiniz, yoxsa idman etmək istəyirsiniz? Ya da özünüzü yaxşı bir gün üçün hazırlamaq istəyirsiniz? Əgər bu səbəbi bilsəniz, evdə olanlar da sizə bu sahədə yardım edərlər.

2. Səhər görəcəyiniz işlər haqqında düşünün.

Ayılandan sonra hansı işlər görəcəyiniz haqqında düşünən zaman daha tez qalxa biləcəksiniz.

3. Daxili saatınızı tanıyın.

Əgər gecələri gec yatırsınızsa, səhər də saatınızın səsinə ayılırsınızsa, bədəninizin neçə saat yatmağa ehtiyacı olduğunu bilməyəcəksiniz. Bədən müxtəlif yollarla öz daxili saatını tənzim edər. Qəlb zərbələri, bədən hərarətini aşağı düşməsi kimi. Bu dəyişiklik səhərə yaxın baş verər. Əgər səhər tez durmaq istəyirsinizsə, gərək gecəni tez yatasınız. Əgər bu işi davamlı görsəniz, saatınızı qurmadan qalxa biləcəksiniz.

4. Yatağa getməmiş televizora baxmayın.

Səhər tezdən durmaq üçün insan gecəni rahat yatmalıdır və bunun üçün də ruhu sakit olmalıdır. Əgər yatmamışdan qabaq televizora baxarıqsa, çox çətin yuxuya gedərik.

5. Günəşin şölələrini görməyə çalışın.

Günəşli günlərdə günəşin şüaları ilə qalxmağa çalışın. Buludla havada isə süni işıq vasitəsilə qalxmağa cəhd edin. Səhər tezdən piyada yerimək və təmiz hava udmaq sizə gecələri yaxşı yatıb və tez durmağa yardım edər.

6. Gecə gördüyünüz işləri tədqiq edin.

Baxın görün ki, gecə gördüyünüz hansı işlər səhər tez durmağınıza mane olur. Ona görə də özünüz üçün yenidən bir proqram qurun.

7. Zəngli saatınızı özünüzdən uzağa qoyun.

Əgər zəngli saatınızı yatağın kənarına qoysanız, onu söndürüb yata bilərsiniz. Ancaq əgər bu saatı yataqdan uzağa qoysanız, məcbur olub ayağa qalxacaqsınız.

8. Səhər durmağa tətildə də riayət edin.

Əgər tətil günləri gecə gec yatıb səhər gec durmaq istəyirsinizsə, bu adəti tərgidin və əvvəlki rejimə riayət edin. Çünki sizin daxili saatınız belə tənzimlənmişdir.

Bu tövsiyələrə əməl edin və səhər tez durmağa çalışın.

 

(Tebyan/Deyerler)

Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 774 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]