Cümə günü, 2024-04-19, 5:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Ruhların bir-birilə rabitəsi varmı?
2013-02-17, 3:39 PM
Ruhların bir-birilə rabitəsi varmı?


İmam Əli (ə) buyurur: "(Bərzəx aləmində) ölülər bir-birinin qonşularıdır, ancaq bir-birləri ilə ünsiyyət bağlamazlar. Elə dostlardır ki, bir-birini görməyə getməzlər. Tanışlıq əlaqələri aralarında gizlidir, qardaşlıq bağları qırılmışdır.

Baxmayaraq ki, bir yerə yığışırlar, ancaq tənha olurlar. Bir-birinin rəfiqi olmasına baxmayaraq, bir-birindən uzaqdırlar. Nə gecənin səhər çağını tanıyırlar və nə də gündüzün axşamını. Öldükləri gün və ya gecə onlar üçün cavidandır. O biri dünyanı gözlədiklərindən də dəhşətli gördülər. Onun nişanələrini düşündüklərindən də böyük müşahidə etdilər”.

İmamın (ə) bu nurani xütbəsinə nəzər salan zaman aydın görünür ki, insan qəbir evində tək və tənha olacaqdır. Heç bir rəfiqi ilə ünsiyyət qura bilməyəcəkdir. Baxmayaraq ki, yaxınında dəfn edilsə belə. Ölülər bu dünyada dəhşət və qorxu içindədirlər və Qiyamətin gəlməsini gözləyirlər. Bunu qeyd etmək lazımdır ki, İmam (ə) bu nurani kəlamında kafirlərin ölülərini nəzərdə tutur və hamını şamil etmir.

Belə ki, Məsumlardan (ə) gələn hədislərdə oxuyuruq ki, möminlərin ruhları öləndən sonra bir-biri ilə rabitə qururlar. Bir-birinin yanına gedir və şirin xatirələrini yada salırlar.

İmam Əlinin (ə) xüsusi səhabələrindən olan Həbbə Ərəni nəql edir: "Mən Kufədə İmamın (ə) hüzurunda idim. O Həzrətlə (ə) Nəcəfə yollandıq. Həzrət Vadi-Səlamda dayandı. Gördüm ki, Həzrət (ə) sanki qohumları ilə rabitə qururdu və onlarla danışırdı. Mən onun arxasında dayanmışdım və yorulub əyləşdim. Yenə yoruldum və ayağa qalxdım, ancaq yenidən əyləşdim. Yenə yoruldum. Həzrət (ə) isə hələ də dayanmışdı. Həzrətə (ə) dedim: "Ey Əmirəl-möminin! Ürəyim sizin üçün yanır, çünki bu qədər uzun zaman ayaqda qaldınız. Bir saat istirahət edin. Sonra əbamı yerə sərdim ki, Həzrət üzərində əyləşsin”.

İmam (ə) cavabında mənə buyurdu: "Ey Həbbə! Bu dayanmaq uzun deyildi, bir möminlə danışmağa və ünsiyyətə görə idi”. Soruşdum: "Ölülər də danışa bilirmi?” Həzrət (ə) buyurdu: "Bəli, əgər gözünün qarşısındakı pərdə götürülsə, onları o halda görəsən ki, halqa-halqa oturublar və bir-biri ilə söhbət edirlər””.

Məsumlardan (ə) gələn hədisdə oxuyuruq ki, insan öləndən sonra ruhu tamamilə bu dünyadan çıxıb getməz. Yəni, aradabir bu dünya ilə rabitə qurar. Onların halından xəbərdar olar.

İmam Sadiq (ə) buyurur: "Heç bir mömin və kafir yoxdur ki, zöhr olan zaman ailəsini görməyə gəlməsin. Əgər görsə ki, ailəsi yaxşı işlərlə məşğuldur, bu nemətə görə Allaha şükür edər. O zaman ki, kafir ailəsini yaxşı işlərlə məşğul olduğunu görür, həsrət çəkər.

O kəslər ki, övladlarıın tərbiyəsinə xüsusi əhəmiyyət veriblər, cəmiyyətə saleh insanlar təhvil vermək istəyirlər, onlara bu müjdəni vermək olar ki, onlar nəinki bu dünyada, həm də axirətdə də izzət və iftixara malik olarlar.

Əbu Qəlabə deyir: "Bir qonşum var idi ki, rəhmətə getmişdi. Onun bir oğlu var idi və əxlaqsız bir cavan idi. Bir gecə yuxuda gördüm ki, qəbiristana getmişəm. Orada müşahidə etdim ki, qəbirlər açılmağa başladı. Ölülər qəbirlərdən çıxdılar, hər birinin qarşına nurdan qab qoymuşdular. Onlar bu nura görə sevinir və xoşhal olurdular. Bu zaman gözüm qonşuma sataşdı. Gördüm ki, onun qarşısında nurdan qab yoxdur. Bunun səbəbini soruşdum. Cavabında mənə dedi: "Bu ölülərin hər birinin saleh oğulları, dostları və tanışları vardır. Onlar sədəqə verərlər, ya da xeyir-dua edərlər. Ancaq mənim bir oğlum var ki, o, da saleh deyildir. Məni fikirləşmir. Ona görə də nurlu qabdan məhrumam. Bu qonşularımın yanında da xəcalət çəkirəm”.

Yuxudan ayılan kimi qonuşumun oğlunun yanına getdim. Yuxumu ona danışdım, oğlan tövbə etdi. Allaha ibadət etməyə başladı. Atasını yada salaraq sədəqə verdi və onu üçün dua etdi.

Bir müddətdən sonra yenə həmin yuxunu gördüm və bu dəfə gördüm ki, qonşumun qarışısında da nurdan qab vardır. Mənə üzünü çevirib dedi: "Allah sənə xeyir versin. Oğlumu hidayət etdin. Mənə atəşdən və qonşularımın yanında xəcalətli olmaqdan nicat verdin””.



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 983 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]