Cümə günü, 2024-04-26, 9:42 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Rəcəb - behiştdəki bulağın adıdır
2013-05-15, 8:10 AM
Rəcəb - behiştdəki bulağın adıdır

Hicri-qəməri təqviminin yeddinci ayı - Rəcəb ayıdır. Bu ay, müqəddəs aylardan biridir. On iki ayın dörd ayı haram ay adlandırılmışdır ki, onlardan biri də Rəcəb ayıdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Rəcəb - Allahın böyük ayıdır. Heç bir ay hörmət və fəzilətinə görə ona çatmaz. Bu ayda kafirləri öldürmək haramdır. Agah olun ki, Rəcəb Allahın ayıdır. Şəban mənim, Ramazan ayı isə ümmmətimin ayıdır. Hər kəs Rəcəb ayında hətta bir gün oruc tutarsa, Allahı özündən razı salmış olar. İlahi qəzəb ondan uzaq olar”.

İmam Musa (ə) buyurur: "Rəcəb - behiştdəki bir bulağın adıdır ki, süddən ağ və baldan şirindir. Hər kəs bu ayda bir gün oruc tutarsa, Allah ona həmin bulaqdan içizdirər”.

İmam Sadiqdən (ə) nəql edilir ki, Peyğəmbər (s) buyurub: "Rəcəb - ümmətimin istiğfar ayıdır. Ona görə də bu ayda bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda İlahi rəhmət ümmətimə daha çox yağar. Ona görə də «Əstəğfirullahə və əs-əluhut-təvbə» zikrini çox deyin”.

Nə zaman dənizlər daşsa, ağaclar böyüsə, bulaqlar axsa, ərəblər deyərdilər ki, Rəcəb gəlmişdir. Ona təzim üçün ehtiram qoyar və müharibə etməzdilər.

Rəcəb ayı mənəvi dəyərlərlə dolu bir aydır. Bu ayın özünəməxsus əməlləri vardır. Əslində Rəcəb və Şəban ayları Ramazan ayına hazırlıq aylarıdır. Əgər bu aydan daha çox mənfəət əldə etmək istəyiriksə, bacardığımız qədər əməllərini və zikrlərini etməyə çalışaq. Çünki bu ayın bizə verdiyi savabları o biri aylar vermir. Başqa aylarda namaz qılmaq - möminin meracıdır. Ancaq bu ayda namaz qılmaq, onu təqva pilləsindən daha yuxarılara qaldırar. Ərş əhli ilə ünsiyyət bağlayar.

Bu ayın əməllərinə diqqət edək və hələ ki, fürsət var, bu ayın fəzilətlərindən faydalanaq ki, İlahi rəhmət yağışı bizə də şamil olsun.



(Həvzəh/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 746 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]