Cümə günü, 2024-04-19, 3:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Rəbiül-əvvəl ayının bərəkətləri
2013-01-15, 6:42 PM
Rəbiül-əvvəl ayının bərəkətləri

(Tebyan saytına istinadən)
Rəbiəl-əvvəl ayı - adından da göründüyü kimi, bahar aylarındandır. O ayda Allahın rəhməti hamıya şamil olar. Bu ayda Allahın görəl nuru yerə enmişdir. Belə ki, bu ayda əziz Peyğəmbərimiz (s) dünyaya göz açaraq, aləmi nurlandırmışdır. O, Allahın ən sevimli bəndəsi, Allaha ən yaxın olan insandır. Əziz Peyğəmbərimizin (s) düyaya gəldiyi gün bəşər üçün ən əziz gündür. Həmin günü Allah biz insanlara ən kamil hədiyyəsini əta etmişdi. Peyğəmbərimizi (s) sevən hər bir müsəlman bu ayda Allaha daha çox şükür etməlidir. Bu nemətə görə minnətdar olmalı və bizə əta etdiyi bu böyük nemətin qədrini bilməliyik.

Məhərrəm və Səfər ayını arxada qoyduq. Əba Abdullahın (ə) müsibətinə matəm saxladıq və göz yaşı tökdük. İndi bu baharın gəlişi ilə Allaha səcdə edib, şükür etmək vaxtıdır.

Bu ayın ilk gecəsi "Leylətul-məbit” adı ilə məşhurdur. Bu gecədə mühüm tarixi hadisə baş vermişdir. Həzrət Peyğəmbər (s) 13-cü besət ilində Məkkədən Mədinəyə hicrət edir. İmam Əli (ə) düşmənlərin şərinin qarşısını almaq üçün o Həzrətin (s) yatağına uzanır.

Allah Təala bu münasibətlə bu ayəni nazil edir: "İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. ("Bəqərə” 207).



Səkkizinci gün

206-cı Hicri ilinin Rəbiül-əvvəl ayının 8-də İmam Həsən Əsgəri (ə) şəhid olmuşdur. Həmin günü İmam Zaman ağanın (ə.f) imamətlik dövrü başlamışdır. Həmin günü İmam Həsən Əsgərinin (ə) ziyarətini oxumaq bəyənilir.



Onuncu gün

Peyğəmbərimizin (s) Həzrət Xədicə (s.ə) ilə evlilik günüdür. Həmin günü oruc tutmaq - bəyənilən əməllərdəndir.



On ikinci gün

Bu gün Peyğəmbərin (s) 12 gün yol gedəndən sonra Mədinəyə çatdığı gündür. Bu günün iki müstəhəb əməlləri vardır:

1. Oruc tutmaq.

2. İki rükətli müstəhəb namaz qılmaqdır ki, birinci rükətdə "Həmddən” sonra üç dəfə "Kafirun” və ikinci rükətdə isə "Həmddən” sonra üç dəfə "Tövhid” surələrini oxuyursan.



On dördüncü gün

64-cü Hicri ilində Yezid ibni Müaviyə (Allah hər ikisinə lənət eləsin) ölür. O, 3 il 9 ay xəlifəlikdən sonra 37 yaşında cəhənnəmə vasil olur. Bu 3 il ərzində etdiyi cinayətlərin sayı-hesabı yoxdur ki, onlardan ən dəhşətlisi Kərbəla hadisəsidir.



On yeddinci gecə

Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya gəlmişdir. Çox mübarək gecədir. Bu gecənin bir neçə əməlləri vardır:

1. 17-ci günün niyyəti ilə qüsl almaq.

2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.

3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.

4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: "Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki, həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.

5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.

6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.

7. Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) mövlud günüdür.



Bu ayın bərəkətlərindən istifadə edək və Allaha daha çox yaxınlaşmağa çalışaq.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 601 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]