Çərşənbə günü, 2024-04-24, 9:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Qurani-Kərimin fərqləndirmə və müqayisə metodologiyası
2013-03-14, 6:25 AM
Qurani-Kərimin fərqləndirmə və müqayisə metodologiyası

 Quran-Kərim dəyərləri təsvir etmək üçün bəzən dəyərləri qeyri-dəyərlərlə müqayisə edir. Yaxşılarla pisləri, xeyirlə şəri müqayisə edərək, bizlərə ibrət dərsi verir. Bu yolla səlim fitrətlər və oyaq vicdanlar bu iki dəstənin bərabər olmadığını dərk edərlər. Bu müqayisələrdən biri möminlərlə kafirin müqayisəsidir.


Quran insanları rənginə, irqinə və dilinə görə fərqləndirmir. Tək meyar təqva və imandır. Ona görə də insan cəmiyyətini iki dəstəyə mömin və kafir dəstəyə bölür. "Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir”. ("Ənam” 122).

Allah bu ayədə yolunu azmışları ölülərə oxşardır ki, Allahın izni ilə dirilirlər. Quranın nəzərinə görə, iman - quru və boş sözlərlə olan əqidə deyildir. Bəlkə elə bir ruhdur ki, imansız insanların cansız bədənlərinə üfürülər.

Gözləri görər və aydınlıq gələr, qulaqları eşitmə qabiliyyəti əldə edər, dilləri söz danışmaq qüdrətinə malik olar, əl və ayaqları hər bir müsbət iş görməyə qadir olar. Həqiqətdə iman insanları dəyişdirər, onların bütün həyatlarına təsir qoyar. Quran buyurur: "Biz bu cür insanlar üçün nur qərar vermişik ki, onunla insanların arasında yol getsinlər”.

İman insanın özünü islah etməyə və özünü qurmağa dəvət edir. Təkəbbür, xudbinlik, təəsübkeşlik, tərslik, havayi-nəfsi can gözlərinin önündən kənara çəkər. Həqiqətləri onun üçün nümayiş etdirər. Halbuki, bundan əvvəl onu dərk etməyə qadir deyildi.

İnsan bu nurun köməyi ilə insanların arasında öz həyat yolunu tapa bilər. Bir çoxlarının tamahı üzündən düşdükləri səhvlərə düşməzlər.

Əllamə Təbatəbai bu ayə haqqında buyurur: "Bu ayədə zəlalət ölümə, iman və hidayət tapmaq yaşamağa, saleh əməllər nura, cəlalət zülmətə bənzədilmişdir. Bütün bu bənzətmələr, bu mövzunu insanların zehninə yaxınlaşdırmaq üçündür. Çünki insanların ümumi zehni belədir ki, heyvani həyata daha çox meyl edərlər. Onlar ən alçaq üfüq olan maddi üfüqdə gəzir. Maddi ləzzətlərə qərq olarlar. Bu dəstə insanlar üçün maddi həyatdan baqşa bir həyat və başqa bir ləzzət yoxdur. Buna səbəb də həmin heyvani şüurdur ki, bu insanların zehninə hakim olmuşdur”.

Bu insanlar üçün kafir və ya möminin fərqi yoxdur. Hər ikisini yaşadıqları üçün bərabər hesab edirlər. Bu cür insanlar möminin yaşadığını və iman nuru ilə irəlilədiyinin heç bir mənası yoxdur. Və ya kafirin əslində zəlalətə görə bir ölü olduğunun və zülmətdə olduğunun heç bir mənası yoxdur. Onlar üçün maddi həyat mühümdür.

Allaha, Qiyamət gününə, İlahi mələklərə, qeybə iman bəsləmək, nəinki insan fikrinə təsir qoyar, baxış bucağını genişləndirər, bəlkə əməl və rəftarına da təsir edər. Həyatının hər bir sahəsini bu İlahi nurun təsiri altına salar.



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 695 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]