Cümə axşamı, 2024-03-28, 4:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Quranda olan riyazi ədədlərin möcüzəsi
2013-04-10, 5:35 AM
Quranda olan riyazi ədədlərin möcüzəsi

"Qurani-Kərimin ədəd möcüzəsi” adlı kitabda Quranda olan ədədlərin möcüzəsi haqqında söhbət açılmışdır.


- "Dünya” kəlməsi Quranda 115 dəfə istifadə edilmişdir. "Axirət” kəlməsi də bu qədərdir.

- "Şeytan” sözü 68 dəfə istifadə edilmişdir, "mələk” sözü də bu cürdür.

- "Həyat” kəlməsi 71 dəfə, "ölüm” də o qədər gəlmişdir.

- "Elm” və "mərifət” kəlməsi 811 dəfə istifadə edilmişdir, "iman” da o qədər.

- "İblis” 11 dəfə istifadə edilmişdir, "istiazə” də o cür.

- "Yəvm” sözü gün mənasını verəndə (tək halında) 365 dəfə, cəm halında 30 dəfə istifadə edilmişdir.Yəni, ilin günləri və ayların günləri sayında.

- "Şəhr” kəlməsi ay mənasında 12 dəfə istifadə edilmişdir. Bir ildə olan ayın sayı qədər.



Doktor Əbu Zəhra Nəcdinin kitabında isə oxuyuruq:

- "Saat” kəlməsi Quranda 24 dəfə işlənmişdir. Bir sutkada olan saatın sayı qədər.

- "Səma” sözü 7 dəfə işlənmişdir.

- "Səcdə” sözü isə 34 dəfə işləmişdir. Gündəlik qıldığımız vacib namazlardakı səcdələrimizin sayı qədərdir.

- "Səlat”, "qiyam”, "əqimu” sözləri 51 dəfə işlənmişdir. Gün ərzində qıldığımız 17 rükət vacib namaz və 34 rükət müstəhəb namazda olan qədərdir.

- "Vəsi” sözü İlahi Övliyaların sayı qədər, yəni 12 dəfə işlənmişdir.

- "Şiə” sözü 12 dəfə işlənmişdir.

- "Firqə” sözü isə 72 dəfə işlənmişdir. İslami firqələrin sayı qədərdir.



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 807 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]