Çərşənbə günü, 2024-04-24, 4:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Qloballaşma və İmam Zamanın (ə.s.) zühuru -2
2012-10-18, 0:20 AM
Qloballaşma və İmam Zamanın (ə.s.) zühuru -2


İslamın nəzərdə tutduğu dünya sisteminin insan ağılının qavrayıb ola biləcəyindən daha böyük xüsusiyyətləri aydın etməkdədir. Bu gün bəzilərinin bənzər proyektlər ilə ortaya çıxmaları adda bənzər olsalar da Allahın vəd etdiyi dünya hökuməti çox fərqli bir şey olacaq. Hətta bu proyektlərlə ortaya çıxanların iddialarının doğru olduğunu fərz etsək belə bu proyektlərinin nə vaxt həyata keçirəcəklərini bilməməkdəyik və ən çox digər beynəlxalq quruluşların gurultulu şüarları kimi olacaq və sonunda acizlikdən başqa bir şey ortaya qoya bilməyəcəklər.
Əvvəlki sualların cavabı olaraq dərhal Həzrəti Mehdinin (a. f) quracağı tək dünya hökumətini Qloballaşma altında şəkillənən dünya hökuməti ilə eyniləşdirməmiz doğru olmaz. Hətta bu qloballaşma öz təbii axışı ilə getsə belə. Bu gediş çox olsa, ən çox Həzrət Mehdinin (a. f) quracağı hökumətə bir zəmin yarada bilər. Dünya ideoloqlarının bir dünya hökumətinin təşkilatında nəzəriyyə irəli sürərək, problemin təməlində İslamla qaynaşan fikirlər səsləndirməsinin özü də az şey deyil. Çünki dünənə qədər günahsız İmamın (a. f) başçılığı altında Quranın vəd etdiyi tək dünya hökuməti fikirinə kimsə şübhə ilə yanaşırdılar. Belə bir şeyin mümkün qəbul etmirdilər. Amma bu günlər Qərbin özü bu işin sonunda qaçınılmaz olduğunu dilə gətirir. Hər yerdə dünyanın yavaş yavaş tək dünya hökumətinə doğru getdiyindən danışılır. Əgər dünənə qədər tək dünya hökuməti fikirini ancaq İslamın "təxəyyülü" olaraq qəbul edirdilərsə artıq bu gün onların özləri bu proyektin qəbul edilməsini zəruri olaraq görür, Qloballaşma adıyla Allahın vəd etdiyi tək dünya hökumətini özləri və öz mənfəətləri dairəsində reallaşdırmağa cəhd göstərirlər. Qloballaşma oyunu əslində bundan başqa bir şey deyil.
Elə aydın olur ki, Həzrət Mehdinin (a. f) hökuməti - dünya hökuməti olacaq. Eyni vahid dünya hökuməti Allahın insanlara vəd etdiyi vədlərdəndir Allah vədindən dönməz. Çünki "Allah Öz vədəsindən əsla dönməz!" ("Al- İmran", 9)
4. Bütün bunlar Hz Mehdinin (a. f) zühuru zamanında olacaq.
3. İslam dini digər dinləri geridə buraxaraq, bütün Yer kürəsində təmin edilməsi olacaq.
2. Ləyaqətli insanlar özlərindən əvvəlki sələflərinin xələfi olaraq yer üzündə üstünlüyü ələ alacaqlar və qüdrətləri bütün dünyada zahir olacaq.
1. Sonunda yer üzündə saleh insanların olacaq. Dünya üzərində suverenlik saleh qulların rəhbərliyində olub nə qərbin, nə şərqin nə cənubunda, nə də şimalın! Olacaq.
Bu ayə və hədislərdən belə bir nəticəyə çatarıq ki:
Hədisdə Həzrəti Əli (ə.s.) bu ayəsi oxuduğu zaman öz səhabələrindən soruşdu: "Bu üstünlük (zəfər) əldə edilmiş dirmi?". Dedilər: "Bəli". İmam Əli (ə.s.) buyurdu: "Xeyr! And olsun O kimsəyə ki, canım ONundur, bu zəfər o zaman ortaya çıxacaq ki, yer üzündə elə bir yer olmayacaq ki, orada "la ilahə illəllah" sədaları eşidilməsin ".
"Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!" ("Saf", 9)

tebyan
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 691 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]