Şənbə günü, 2024-04-20, 4:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Qiyaməti xatırlamaq nəyə görə lazımdır?
2013-03-20, 11:40 AM
Qiyaməti xatırlamaq nəyə görə lazımdır?

 Dünya dağılandan sonra əməllərin ölçülməsi üçün məhkəmə qurulacaqdır. Bu isə Qiyamət günü adı ilə məşhur olan bir gündə baş verəcəkdir. İlahi məhkəmə təşkil ediləcək və bütün insanların əməllərinə baxılacaqdır. Allah Təala bu haqda buyurur: "Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səf-səf gələcəyi Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!” ("Fəcr” 22-23).
Qiyamət günü bütün insanların sual-cavab olunacağı gündür. Hətta İlahi peyğəmbərlərdən (ə) belə sorgu-sual olunacaqdır. "Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?» deyə) soruşacağıq və həm də peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız, ya yox və sizin dəvətinizə nə cavab verdilər?» deyə) soruşacağıq”. ("Əraf” 6).
Məhşər çölündə insanın əleyhinə çox şey şəhadət verər: Allah, peyğəmbərlər (ə), insanın bədən üzvləri, mələklər, insanın yaşadığı ev və ya torpaq, günahları, günah və itaət etdiyi zaman, vaxt.
Allah Təala buyurur: "Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar. De: «Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər»”. ("Əraf” 187).
Allahdan başqası Qiyamətin nə zaman bərpa olacağından xəbərdar deyildir. Belə olan halda insanlar onun uzaq keçmişdə olacağını zənn etməzlər. Çünki İlahi iradənin nəticəsində Qiyamət hər an bərpa ola bilər. Bəndə onu daima bərpa olacağını gözləməlidir. Özünü ondan necə nicat tapacağına hazırlamalıdır. Qiyaməti xatırlamaq insanı günahdan uzaqlaşdırar, əxlaqını gözəlləşdirər. Ona görə də Allah buyurur: "Camaat səndən Qiyamət barəsində (onun yaxınlığı, uzaqlığı, necə baş verəcəyi, o günün uzunluğu haqqında) soruşar. De: «Onun elmi Allah yanındadır;». Və nə bilirsən, bəlkə də Qiyamət yaxındır!”. ("Əhzab” 63).
 
(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 685 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]