Cümə günü, 2024-04-19, 10:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Qiyamətdə Görüşmə
2013-06-16, 2:30 PM
Qiyamətdə Görüşmə -1


Günəş işıqlığını itirmiş, ulduzlar dağılmış, dağlar parçalanmış, dənizlər alov alov…
"Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman,dağlar hərəkətə gətiriləcəyi zaman,   (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman, Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman, Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;…"‌[1]

Uşaqlarını əmizdirən analar, qorxudan uşaqlarını atıb qaçırlar…
" «Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamət gününün zəlzələsi dəhşətli şeydir. Onu görəcəyiniz gün, hər bir əmzikli ana südəmər körpəsini unudar, hər bir hamilə qadın bari-hə...mlini yerə qoyar. İnsanları məst görərsən. Hansı ki, onlar məst deyil, Allahın əzabı şiddətlidir»"‌[2]
Bu əsnada bir qrup fərqli sifətlərdə etdiklərinin qarşılığını görmələri üçün qiyamət səhnəsinə doğru irəliləyirdilər.
Bəziləri qarışqa, bəziləri meymun, bəziləri əqrəb, bəziləri isə ilan şəklində, bəziləri örtül, bəziləri dəvə dodaqları kimi kobud dodaqlarla bədənlərinin ətini dişləyib tapdalamaqda, bəziləri isə odla dolmuş qarınlarıyla…
"Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər."‌[3]
Bəziləri də gözləri bağlı və kor…
"Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”."‌[4]
Günahkarlar birliyinə belə səsləniləcək:
"Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!"‌[5]
Baxında görün bu insanlar hansı surətlərə çevrilmişlər. Bu gördüyünüz surət onların həqiqi  üzləridir.
Bu cahil və kafirlər dünyada ikən də eyni düşüncəyə sahibdirlər.
nsanlar niyyətlərinə görə haşredilecekler."‌

Bir qrup çox fərqli bir şəkildə cəhənnəmə girəcəklər və o qorxunc yerdə qızarmış qızıl və gümüşlərlə əzab görəcəklər;
"O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): "Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!)"‌[6]
…O sırada bir qrup nurlu simalarda, üzərlərində saf ipəkdən paltarlarla cənnətə doğru hərəkət edəcəklər. Yoldaşlarıyla birlikdə əbədi məkanlarda şirin bir həyata başlayacaqlar;
"Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə - Bağçalarda və bulaqlar başında olacaqlar! Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.(Möminlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.Onlar orada (cənnət nemətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər.Onlar orada ilk (dünyadakı) ölümdən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) onları cəhənnəm əzabından qorumuşdur -[7]
"Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar."‌[8]

1-Tekvir, 1-6
2-Həcc, 1-2
3- Nisa, 10
4-Taha, 124
5-A'raf, 179
6-Tevbe, 35
7-Duhan, 51-56
8-Rahman, 56-58

tebyan
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 604 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]