Şənbə günü, 2024-04-20, 5:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Qiyamət günü daha çox həsrət çəkənlər
2013-02-27, 1:11 PM
Qiyamət günü daha çox həsrət çəkənlər

(Tebyan saytına istinadən)

İnsanların bir çoxu həyatlarını düzgün tənzim etmədiklərinə görə həyatın çox sahələrində həsrət çəkməli olurlar. Bu həsrətlərin bəzisini aradan qaldırmaq olar. Bəziləri insan qəlbində böyük bir qəm kimi yer alar. İnsanın qəlbindən və zehnindən heç bir zaman çıxmaz. Artıq aramızda olmayan valideynlərimizin həsrəti kimi və ya böyük bir imtahandan sonra qəlbimizə dolan həsrət kimi. Həsrət çəkərik ki, niyə valideynlərimiz sağ olan zaman onlara hörmət etməmişik, onların ehtiyacını təmin etməmişik. Yaxud, həsrət çəkərik ki, niyə imtahana getməmişdən əvvəl lazımlı qədər hazırlaşmamışıq.



Quran ayələrində insanın dünya və axirətdə rastlaşacağı həsrətlərə işarə edilmişdir ki, bir neçəsinə nəzər salaq:

1. Dünyada olan zaman yaxşı yoldaşın olmamasına görə həsrət çəkmək.

«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». ("Furqan” 28).

2. Peyğəmbəri-Əkrəmin (s) davamçısı olmamağın həsrəti.

"Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım». ("Furqan” 27).

3. Kafirlərin möminlərə görə çəkdikləri həsrət.

"(Amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar”. ("Ənfal” 36).

4. Allahın əmrlərini yerinə yetirmədiyinə görə çəkdiyi həsrət.

"(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim» desin”. ("Zumər” 56).

Ona görə də Allah buyurur: "(Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut. O zamanla ki, (hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər”. ("Məryəm” 39).

Quranın bu xəbərdarlığına baxmayaraq, Qiyamət günü bir çoxları həsrət çəkəcəklər. Bu həsrət bütün varlıqlarını bürüyəcəkdir. Həyatda olan həsrətlə müqayisə edilə bilməyən bir həsrətdir. Bu insanlar üç dəstədir:

a) O kəs ki, axirətini başqalarının dünyası üçün dəyişər. Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü hamıdan çox peşman olan insanlar o kəslərdir ki, axirətini başqasının dünyasına satmışdır”.

b) O kəs ki, ədaləti deyər, ancaq özü ədalətə riayət etməz. İmam Sadiq (ə) buyurur: "Qiyamət günü ən çox peşman olacaq insanlar o kəslərdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədaləti rəva bilməz”.

c) O kəs ki, mal-dövlətini rəva olmayan yollarla toplayar.

İmam Əli (ə) buyurur: "Qiyamət günü ən böyük əfsus o kəsin əfsusudur ki, malını rəva olmayan yollardan toplamışdır. Cəhənnəmə gedər və o malı elə bir insana irs qoyar ki, Sübhan Allaha itaət yolunda xərcləyər və behiştə gedər”.

Hələ ki, fürsət var, həyatımızı elə tənzim edək ki, nə bu dünyada və nə də axirətdə həsrət çəkənlərdən olmayaq.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 804 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]