Çərşənbə günü, 2024-04-24, 9:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Qədir-Xum yaddan çıxdı, yoxsa inkar edildi?
2012-11-03, 9:45 AM
Qədir-Xum yaddan çıxdı, yoxsa inkar edildi?

(Həvzəh saytına istinadən)

Qədir-Xumla bağlı məsələnin mahiyyətini başa düşmək üçün Həzrət Peyğəmbərin (s) vəfatına qədər olan zamanı tədqiq etmək lazımdır.



1. Mədinədə Peyğəmbər (s) tərəfindən dövlət təşkil edilməmişdən qabaq Hicaz xalqı və səhrada yaşayan ərəblər qəbilə sistemində yaşayırdılar. Bu sistemdə yaş, səxavət, şücaət, səbirli olmaq və şərəfli olmaq rəhbər üçün meyar hesab edilərdi. Qəbilənin rəhbərinin haqqı yox idi ki, nəslindən kimisə rəhbər və canişin qərar versin.







2. Həzrət Peyğəmbər (s) ilk insan idi ki, Ərəbistanda dövlət adlı bir sistem yaratmışdı. Onun sistemi qəbilə sistemindən üstün idi. O, müxtəlif şəhərləri və qəbilələri birləşdirərək, vahid bir dövlətdə birləşdirir. Onu peyğəmbər kimi qəbul edənlər bu dövləti İlahi əmr hesab edirdilər. Onun qarşısında müqavimət göstərmirdilər.





3. Məkkənin fəthindən əvvəl İslam səhrada yaşayanlar arasında yayılmağa başlamışdı. O yerə qədər ki, doqquzuncu hicri ili "Amul vəfud” adını almışdır. Bu, o il idi ki, insanlar dəstə-dəstə Peyğəmbərin (s) yanına gəlir, İslamı qəbul etdiklərini aşkar edirdilər. Aydın idi ki, bu heyətlərin niyyəti mənəvi deyildi və bu təzə müsəlmanlar qəlbi imana malik deyildilər.





4. İnsanlar üçün çətin qəbul edilə bilən məsələlərdən biri də canişin mövzusu idi. İnsanlar ancaq Həzrət Peyğəmbəri (s) İlahi bir insan hesab edirdilər. Hökumətini qəbul edirdilər və onların nəzərincə Peyğəmbərin (s) canişini özü kimi deyildi. Hələ də insanların bir çoxu özlərini Həzrət Peyğəmbərin (s) göstərişlərini yerinə yetirməyə məcbur hesab etmirdilər. Onlar hələ də özlərini qəbilə sistemindən ayırmamışdılar və canişini qəbul edə bilmirdilər. Hələ də təzə müsəlman olmuş qureyşlilər belə fikirləşirdilər ki, Həzrət Peyğəmbər (s) qəbilə sistemi ilə rəqabət aparmaq üçün nübuvvəti bəyan etmişdir. Bu insanlar Peyğəmbərlə (s) müxalifətlik etməyə cürət etmirdilər. Ancaq canişini təyin ediləndə, xüsusilə də Bəni-Haşim qəbiləsindən, etiraz etdilər. Qəbilə sisteminin qayda-qanununa söykənərək, buna etiraz etdilər.





5. Cahiliyyət dövründə ancaq o kəslər Qureyşin məşvərət məclisinə buraxılırdılar ki, 40 yaşları olmuş olsun. Buna görə də Həzrəti Əlinin (ə) qırx yaşı olmadığından onu qəbul etmək onlar üçün çətin idi. Bundan başqa, iki məsələ də İmam Əlini (ə) qəbul etməyi çətinləşdirirdi. Birincisi bu idi ki, Həzrət Əli (ə) Bədr və Uhud döyüşlərində igidliyi sayəsində Qureyşin böyüklərinin qanını tökərək, onların yanında mənfi simaya malik idi. Ona görə də onlar təbliğata keçib, Həzrət Əlini (ə) pisləməyə başladılar. İkicisi onlar başa düşürdülər ki, əgər bu canişinlik Bəni-Haşimə qismət olarsa, onların istedad və ləyaqətini nəzərə alaraq, heç bir zaman rəhbərliyi onların əlindən ala bilməyəcəklər.





6. Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) canişin kimi baxması İlahi bir əmr idi, burada qəbilə və qohumluq əlaqəsinin heç bir rolu yox idi. Həzrət Peyğəmbər (s) vəhy elmini qorumaq istəyirdi. Təbii idi ki, Quranı, sünnəti ən yaxşı bilən və İslam yolunda ən şücaətli və çalışqan insanı seçməli idi. Həzrət Peyğəmbər (s) cəmiyyətin vəziyyətini yaxşı bilirdi. Ona görə də risalətin əvvəlindən müxtəlif şəraitlərdə bunu insanlara bəyan edirdi. O, nəhayət Allah tərəfindən vəzifələndirildi ki, müsəlmanların ən böyük toplumunda bu məsələni elan etsin. Cəmiyyətin müxalifətliyini görməməzliyə vursun. "Maidə” surəsinin 67-ci ayəsi bu müxalifətliyə son qoydu.





7. Tarix Qədir-Xum hadisəsi ilə Peyğəmbərin (s) vəfatı arasında olan hadisələri qeyd etməmişdir. Bu əsrdə aparılan tədqiqatlar isə bizi bu dövrdə baş verən iki hadisə ilə tanış edir. Onlardan biri Üsamənin ordusudur. Peyğəmbəri-Əkrəm (s) son günlərində əmr edir ki, böyük bir ordu cavan bir döyüşçü olan Üsamə ibn Zeydin rəhbərliyi ilə Roma sərhədlərinə yollansın. Tədqiqat göstərir ki, Üsamənin bu vəzifəyə təyin edilməsi Həzrət Əlinin (ə) canişin seçilməsi dövrünə təsadüf edir. Peyğəmbərin (s) vəfatı astanasında hökuməti hərbi hissələrdən ayırmaq və onu ən uzaq səfərə yollamaq cəmiyyətin xeyrinə deyildi. Çünki ehtimal vardı ki, Peyğəmbərin (s) vəfatından sonra yeni müsəlman olmiş qəbilələr üsyan edə bilərdilər. İslam cəmiyyətinin dini təhlükə qarşısında idi. Peyğəmbər (s) ona görə bu qərarı məntiqli hesab edirdi ki, Həzrət Əlinin (ə) müxalifətçilərini Mədinədən uzaqlaşdırmaq istəyirdi. Bundan başqa 17 yaşlı bir cavanın böyük bir orduya rəhbər təyin edilməsi, Həzrəti Əlinin (ə) canişinliyinə müxalif olanları əldən salmaqdan başqa bir şey deyildi. Çünki Üsamə ibni Zeyd şərafətli, şücaətli səhabə hesab edilmirdi. Yaş cəhətdən Həzrət Əlidən on beş yaş kiçik idi. Hər bir cəhətdən Həzrət Əli (ə) ilə müqayisə edilə bilməzdi. Ən yaxın səhabələrdən Əbu Bəkr, Ömər, Əbu Ubeydə Cərah, Osman, Təlhə, Zübeyr, Əbdulrəhman ibni Of və Səd ibni Əbi Vəqas kimi səhabələrdən ibarət böyük bir ordunun rəhbərliyi ona verilmişdi. Ancaq bu orduda olanlara diqqət edəndə görmək olur ki, Həzrət Əli (ə) ilə müxalifətlik edəcək insanlar burada toplaşmışdılar. O insanlar ki, Peyğəmbərin (s) xəstəliyini bəhanə edərək, Mədinəyə qayıtmışdılar. Halbuki, Həzrət Əlinin (ə) tərəfdaşları olan Əmmar, Miqdad və Səlman bu ordu sıralarından azad idilər. Bu hadisələr Peyğəmbərin (s) həyatının son günlərində baş vermişdi. Bu günlərdə Peyğəmbər (s) çox nigaran idi. Ona görə əmr edir ki, yazmaq üçün kağız, qələm hazırlasınlar ki, qalıcı bir sənəd hazırlasın. Ancaq müxalifətçilər bu vəsiyyətin bir neçə ay qabaqdan hazırladıqları planla uyğun gəlmədiyini görəndə çox nigaran oldular. Bu yazının yazılmasının qarşısını aldılar. Tarix burada ancaq bir nəfərin adını çəkir. Lakin aydındır ki, ancaq bir nəfər bu məsələ ilə mübarizə edə bilməzdi.





8. "Səqifə” məclisini ilk təşkil edənlər Həzrət Əlidən (ə) başqasını xəlifə seçmək niyyətilə toplaşdılar. Buraya elə insanlar toplaşmışdı ki, Həzrət Peyğəmbərin (s) səhabəsi hesab edilir və Həzrət Əli (ə) ilə dostluğu hamıya aydın idi. Bəs niyə ənsar və niyə bu qədər tələskənlik ilə? Həzrət Peyğəmbərin (s) mübarək bədəninə hələ qüsl verilməmişdi. Tarixin şahidləri göstərir ki, ənsar heç bir zaman Həzrət Əlinin (ə) canişinliyindən qorxmurdu. Onu Peyğəmbərin (s) yolunu davam etdirən bir insan kimi görürdülər. Ancaq onlar başa düşürdülər ki, Peyğəmbərin (s) səhabələrinin Üsamə ilə müxalifətliyi, onların Peyğəmbərin (s) vəsiyyət yazmağına mane olmaqları və başqa bir ehtimal ki, çox təssüf tarixdə qeyd edilməmişdir, ənsarı bu nəticəyə gəlməyə vadar etdi ki, mühacirlər hökumətə gəlməyi planlaşdırır. Ona görə də Səqifəyə tələsdilər ki, qüdrəti özləri ələ keçirtsinlər.



Lakin ənsar və Mədinə xalqının hamısı Qədir-Xum hadisəsini xatırlayırdılar. Onun canişin təyin edilməsinə dəlalət etdiyini də bilirdilər. Ancaq yanlış yola qədəm qoyanlar bu hadisəni xatırlayanları yoldan azdırmağa çalışırdılar. Tarixdə bu məsələyə etiraz edildiyinə dair bir məlumat yoxdur.



Hazırladı: Məşhədi Xanım,
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 765 | Downloads: 0 | Comments: 10 | Rating: 5.0/1
Total comments: 10
0  
10 GADİR   (2012-11-09 11:55 AM) [Daxil et]

+1  
9 GADİR   (2012-11-08 3:21 PM) [Daxil et]

0  
8 GADİR   (2012-11-07 7:53 PM) [Daxil et]

0  
7 GADİR   (2012-11-07 12:15 PM) [Daxil et]
Aleykum salam Geyrət davamcisi Ənfal Xanim.
Allah-təala mənim bir yaxşi əməlimi Sizin səvabiniza gərər versin! ALLAH Razi olsun Sizdən!
“Hər kəs ixlasla yerinə yetirdiyi ibadətlərini Allaha tərəf göndərsə, Allah da, onun xeyrinə olan şeyləri ona tərəf göndərər.”
“Möminə xoş üz göstərməyin savabı cənnətdir. Düşmənə və zalımlara xoş üz göstərmək insanı cəhənnəm əzabından saxlayır.”
Assalamun Aleykum və Rəhmətullah.
Allah Razi olsun.

+1  
6 İstiğfar   (2012-11-07 11:23 AM) [Daxil et]
salam aleykum
sayti deye bilmerem orda nece melumatlar var amma oxudugum bir kitab var"313"N" imam Əli quranda. adli genis yazilib ayelerin tefsiri

0  
5 Ənfal   (2012-11-07 1:52 AM) [Daxil et]
GADİR Aleykum salam və rəhmətullah və bərəkatuh!. http://islamkutuphanesi.com/ saytında bu haqda məlumatlar var. Sadəcə kitabları yükləmək lazımdır. "Kuran'da Hz.Ali'nin (as) İmameti .exe"

+1  
4 GADİR   (2012-11-07 0:52 AM) [Daxil et]
Salam Aleykum.
Geyrət davamcisi Ənfal Xanim Sizi Ehli-Bety vurgusuilə salamliyiram. Allah-Təala mübarək elm yolunda Sizin və köməkçilərinizin bol-bol ruzi və axirətdə məqaminizi yüksəklilərdən qərar versin,Amin.
Sizdən bir xahişim var imkaniniz daxilində,
İmam Əli(s.ə.s.)dan Qur`ani Kərimdə təxminən 300 yaxin ayə var,Sizə ƏZİYYƏT OLMAMAQ ŞƏRTİİLƏ,
o surə və ayələr hansilardi?(surə ayə nömrəsin). Ya hansi ədəbiyati istifadə edim məlumati tam şəkildə toplam etmək üçün?
clover

+1  
3 GADİR   (2012-11-03 3:48 PM) [Daxil et]
AMİN. ELHEMDULILLAH

0  
2 Ənfal   (2012-11-03 2:47 PM) [Daxil et]
Bahəm inşeallah bacı. Amin!

+1  
1 İstiğfar   (2012-11-03 2:17 PM) [Daxil et]
Əhli beyt aşiqləri bayramınız mübarek Allahu teala qəlblərimizi əhli beyt sevgisindən axirətimizi əhli beyt şəfatindən ayrı salmasın

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]