Cümə axşamı, 2024-03-28, 5:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Pis insan, yoxsa xəstə insan?
2012-11-27, 11:50 PM
Pis insan, yoxsa xəstə insan?

Həzrət Məhəmməd (s) yoldan ötərkən izdiham görüb yaxınlaşdı. Oradakılardan bir yerə toplaşmaqlarının səbəbini soruşdu. Dedilər ki, başına yığışdıqları adam dəlidir, ağlını itirib. Həzrət buyurdu: "O dəli deyil, xəstədir. Kimin əsil dəli olduğunu deyimmi? Əsil dəli o şəxsdir ki, yol gedəndə təkəbbürlə gedər, sağa-sola baxıb çiyinlərini oynadar, Günaha batdığı halda behişt arzulayar. Kimsə onun şərindən amanda deyil, kimsə ondan xeyir gözləməz…”
Qərbdə xətaya yol vermiş insan xəstə sayılır. İslam qərbdən əsrlərcə qabaq günahkar insanların qəlbində xəstəlik olduğuni bəyan edib. Əhzab surəsinin 12-ci ayəsini misal göstərmək olar: "O zaman münafiqlər, qəlblərində xəstəlik olanlar deyirdilər: "Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir.” Həzrət Əli (ə) İslam Peyğəmbərini (s) "xəstələrin müalicəsi üçün göndərilmiş təbib” adlanır. Qərblilər "pis insan” ifadəsinin əvəzinə "xəstə insan” ifadəsinin işlədilməsini özlərinə aid edirlər. Hansı ki yaxın keçmişə qədər hətta psixi xəstələri "dəli” adlandırırdılar. Onları qamçılamaqla cinləri qovmaq istəyirdilər. Amma son dövrlər Avropada təkcə dəliləri yox, günahkarları da xəstə adlandırırlar.

HaqqYolu/Ahadis-o-revayat
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 930 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2012-12-02 7:54 AM) [Daxil et]
Salam aleykum.

RE:-"O dəli deyil, xəstədir. Kimin əsil dəli olduğunu deyimmi? Əsil dəli o şəxsdir ki, yol gedəndə təkəbbürlə gedər, sağa-sola baxıb çiyinlərini oynadar, Günaha batdığı halda behişt arzulayar. Kimsə onun şərindən amanda deyil, kimsə ondan xeyir gözləməz…”

burunlari nəgədər göyə tərəf olarsa bir ogədər gözləri yrə dikənər!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]