Çərşənbə axşamı, 2024-04-16, 2:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Paxıllığın əlamətləri və fəsadları
2012-11-01, 6:55 AM

Paxıllığın əlamətləri və fəsadları


 Həzrət Peyğəmbər (s) buyurur: "Paxıllıqdan çəkinin, çünki paxıllıq yaxşılıqları yeyir. Necə ki, alov odunu yeyər”.

Paxıllığın dörd əlaməti vardır: paxıllıq etdiyi şəxsin qeybətini etmək, yaltaqlıq, paxıllıq etdiyi şəxsə müsibət üz verəndə sevinmək və şad olmaq. Ətiyyə ibni Qeys nəql edir: "Həzrət İsa dünyaya gələn zaman şeytanların rəhbəri olan İblisin yanına şərqdəki şeytan gəlir. Sonra deyir ki, bu gecə mənim tərəfimdə məhv edilməyən büt qalmayıbdır.

Sonra qərbdəki şeytan gəlir və şərq şeytanın söylədiyi sözləri deyir. Onlara əmr edir ki, bayıra çıxsınlar və havanı və dərələri axtarsınlar. Görsünlər nə baş verir. Getdilər və qayıtdılar ki, heç nə tapmamışıq. İblis özü hərəkət edir və birdən mələkləri səmada ibadət edərkən görür. Şeytanlarının yanına qayıdır. Dedi ki, mühüm hadisə baş vermişdir. İsa dünyaya gəlmişdir. Allah onu bəndələrinə zahir etdi ki, Həzrət Haqqa pərəstiş etsinlər: "Ancaq sizin vəzifəniz budur ki, şirk olan bütpərəstliyin məğlub olmasından sonra insanların arasında təcavüz və paxıllığı yayasınız. Bunların hər ikisi şirkə bərabərdir”.

İmam Əli (ə) buyurur: "İnsanın sağlamlığı, daxilində olan paxıllığın azlığındandır”. Başqa yerdə buyurur: "Paxıllıq - xəstəliklər arasında ən pis xəstəlikdir”.

Həzrət Peyğəmbər (s) bir gün öz səhabələrinə buyurur: "Agah olun ki, sizdən əvvəlki ümmətlərin düçar olduğu xəstəliyə yəqin ki, siz də düçar olmusunuz. Bu, paxıllıqdır. Paxıllıq bədənin tükünü məhv etməz, ancaq dini məhv edər. İnsan paxıllığın şərindən o zaman amanda olur ki, dilni və əlini hifz edər. Din qardaşına tənə vurmaz, onun dalınca danışmaz”.

İmam Əli (ə) buyurur: "Paxıl insan qarşı tərəfə müsibət baş verəndə sevinər, qarşı tərəfə yaxşılıq çatanda isə qəzəblənər”.

İmam Sadiq (ə) buyurur: "Paxıl üçün rahatlıq, həsəd aparan üçün isə xoşluq və ləzzət yoxdur”. Həzrət (ə) başqa yerdə buyurur: "Bir-birinizə paxıllıq etməkdən çəkinin. Çünki küfrün kökü - paxıllıqdır”.

İmam Əli (ə) buyurur: "Paxıl insan daima xəstə olar, baxmayaraq ki, bədəni sağlam olar”. Əbu Bəsr Həzrət Sadiqdən (ə) nəql edir ki, buyurub: "Küfrün kökü üç şeydir: hərislik, təkəbbür və paxıllıq. Adəmi qadağan olunmuş ağacdan yeməyə hərisliyi vadar etdi, İblisə səcdə əmri verilən zaman təkəbbürünə görə imtina etdi. Paxıllıq isə odur ki, onun nəticəsində Adəm övladlarından biri o birisini öldürər”.

Paxıllıq sahibini öldürər.

Mötəsim Abbasi xəlifə olan zaman səhrada yaşayan ərəblərdən biri, onun sarayında yüksək məqama çatır. O, hətta Mötəsimdən icazə almadan hərəminə daxil ola bilir. Mötəsimin paxıl bir vəziri var idi və bu ərəbin tutduğu mövqeyə görə əzab çəkirdi. Öz-özünə deyirdi: "Əgər onu bu tezliklə saraydan qovmasan, onu Mötəsimin gözündən salmasam, o, məni vəzirlikdən atacaqdır”. Belə qərara gəlir ki, onunla yaxınlıq etsin və ona mehribanlıq göstərsin. Sonra da evinə dəvət etsin. Nəhayət onu evinə dəvət edir və onun üçün içində çoxlu sarımsağı olan yemək hazırlayır. Ərəb də bu yeməkdən lazımlı qədər yeyir. Sonra isə onun yanında əyləşib deyir: "Mötəsəmin yanına gedəndə çalış ki, ağzının iyi ona dəyməsin. Çünki xəlifənin bu iydən xoşu gəlmir”. Ərəb Mötəsəmin yanına gəlməmişdən qabaq vəzir özünü xəlifəyə çatdırır və deyir: "Sizin bu qədər sevgi göstərdiyiniz bu ərəb insanlara deyir ki, sizin ağzınızdan çox pis iy gəlir və o qədər pisdir ki, az qalır ki, həlak olsun”. Ərəb isə bundan xəbərsiz halda saraya gəlir və əlini ağzına tutur ki, sarımsağın iyi xəlifyə çatmasın. Xəlifə bunu görən zaman yəqinə çatır ki, vəzir düz deyir. Sonra məktub yazıb ərəbin əlinə verir və deyir ki, bunu apar və filankəsə ver. Məktubda isə boynunun vurulmasını əmr etmişdi.

Əlində məktubla çıxan zaman vəzirlə üz-üzə gəlir. Vəzir ərəbin əlindəki məktubu görəndə fikirləşir ki, ərəbə mükafat verəcəklər. Ona görə də ərəblə müamilə etməyi qərara alır və ona deyir ki, mən sənə iki min dinar verirəm və sən də bu məktubu mənə ver. Məktubu alıb, həmin deyilən şəxsə çatdırır və o, da bu əmri yerinə yetirir. Xəlifə vəzirini uzun müddət görməyəndə səbəbini soruşur və deyirlər ki, sənin əmrinlə öldürmüşük. Sonra ərəbin yerini soruşur və deyirlər ki, şəhərdədir və onu çağırır. Əhvalatı ətraflı öyrənən zaman başa düşür ki, vəziri paxıllıq etmişdir. Ona görə deyir: "Allah paxıllığı məhv etsin ki, paxıllıq edəni məhv edər”.

Əxlaqi rəzillik olan bu xüsusiyyətdən çəkinək ki, bizə ziyandan başqa bir şey gətirməz.



(Erfan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 576 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]