Main » Files » Digər məlumatlar » Digər məlumatlar |
Ömərin ömrünün son anları
2013-06-16, 2:34 PM | |
Buxari ibn Abbas, bir rəvayətdə yazır: Ömərə zərbə vurulduğu zaman onu, dəhşətə gəlmiş və solğun halda gördüm. Dedim: -Ey Əmir-əl-mömiinin, sənin üçün qorxu yoxdur. Ömər dedi: -Ey
ibn Abbas, əgər yerin miqdarı qədər mənim qızılım olsaydı, Allahın
əzabını görmzdən öncə, onun qorxusundan fidyə verərdim (xərcləyərdim).
(Səhihi Buxari, c. 4, s. 201) İbn Abbas, bu barədə olan başqa bir rəvayət: Ölməzdən öncə onu cənnətlə müjdələdim. Ömər dedi: -
Sən məni cənnətlə müjdələyirsən. And olsun Allaha, yer-göy arasında
olan hər bir şey mənim olsaydı, mənim önümdə olacaqları görməmək üçün
onları fidyə verərdim (xərcləyərdim). (Kənzül-əmal, Əbdürrəzzaq
Tiyalisi, Əhməd Hənbəl və ibn Sə`ddən nəql edir) İbn Sə`d başqa bir rəvayətdə yazır ki, Ömər dedi: -
Kaş ki mən heç bir şey olaydım. Kaş ki, unudulmuş olaydım. - Bu
zaman cibindən zibil kimi olan saman və çubuğu çıxartdı və dedi: - Kaş ki, bunun kimi olaydım. (Təbəqat, ibn Sə`d, c. 3, s. 262) Ömər
dedi: Kaş ki, ailənin qoçu olaydım. O qədər bəsləyəydilər ki, qoçlardan
ən kökü mən olaydım. Görüşlərinə gələn sevdikləri adam üçün məni
kəsəydilər. Ətimi bişirib, digər miqdarını qızardıb yeyədilər və ...
halında məni xaric edəydilər, adam olmayaydım. (Hilyətül-övliya; Əbu
Nəim, c. 1, s. 52--Minhacül-sənə; İbn Teymiyyə: Yuxarıda deyilən şərhlə
sözünün düzlüyünə etiraf) Əbu Lölö rəvayət edir ki Ömərə zərbə vururlduqdan sonra dedi: -
Səma və yer arasında olanlar mənim olsaydı, önümdə olan ilahi əzabdan
qurtarmaq üçün və onu görməzdən əvvəl onu fidyə verərdim (xərcləyərdim).
(Hilyətül-övliya; Əbu Nəim, c. 1, s. 52--Minhacül-sənə; İbn Teymiyyə) Muttəqi
Hindi isə, " səma və yer arasında olanlar" sözünün yerinə "günəşin
çadığı hər şeyi" yazıb. (Kənzül-əmal; c. 12, s. 277, İbn Sə`d, İbn
Mübarək, Əl-Ğərib Əbu Əbiddən nəql edir. Əzabül-qəbr; Beyhəqi) sibtayn | |
Views: 652 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |