Şənbə günü, 2024-04-20, 3:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Napoleonun “Bismillah”la başlayan məktubu
2012-11-24, 7:37 AM
Napoleonun "Bismillah”la başlayan məktubu


İslam İnqilabı Sənədlər Mərkəzi, Napoleon Bonapartın misir xalqına xitab olaraq yazdığı məktubu yayımlayıb
1789-cu ildə Fransa hərbi gəmisi Napoleonun rəhbərli ilə Fransadan Misirə doğru hərəkət edir.
5 min əsgərlə Misirə daxil olan Napoleon, İskəndəriyəyə çataraq şəhəri alır. Qahirəyə hücum etmək istəyən Napoleon, xalqın kralı dəstəkləməməsi üçün bir məktub yazaraq xalqın arasında paylayır.

Məktubun mətni bu şəkildədir:

"Rəhman və Rəhm Olan Allahın Adı ilə. Allahdan başqa ilah yoxdur və Məhəmməd onun Rəsuludur. Suverenliyini azadlıq və bərabərlik qanunu üzərinə quran Fransa xalqı adına səslənirəm. Ölkənizə hakim olan "Bəylər" Fransa xalqını hörmətdən salaraq, tacirlərimizi işgəncələrə məruz qoyurlar. Aləmlərin Rəbbi Allah, onların səltənətinə son verməyi iradə etmişdir. Mən Misir krallarından çox Allaha və onun Peyğəmbərinə ehtiram edirəm. Onlara deyin ki, Allahın yanında xalqlar arasında fərq yoxdur. Yalnız insanı fərqli edən ağıl, insani təfəkkür və uca əxlaqi dəyərlərdir. Şeyxlər, hakimlər və müəllimlər xalqı arxayın etsinlər ki, biz həqiqi müsəlmanlarıq. Romaya gedib xalqı müsəlmanlarla müharibəyə dəvət edən Papanı yerinə oturdan biz deyildikmi?..."

iman.ge


Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 825 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
+1  
1 leyl   (2012-11-24 5:41 PM) [Daxil et]
halal olsun yenede onu bilir

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]