Cümə axşamı, 2024-03-28, 3:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Namaz bütün peyğəmbərlərə vacib olub?
2012-10-25, 6:09 AM

Namaz bütün peyğəmbərlərə vacib olub?

    Bəli. Namaz İslam Peyğəmbəri Həzrət Muhəmməddən (s)  əvvəlki  peyğəmbərlərə də vacib edilmiş və İlahi göstəriş olaraq yerinə yetirilmişdir. Onların miqdar və qılınma qaydası bizə məlum olmasa da, gündəlik vacib ibadət olaraq yerinə yetirildiyinə heç bir şübhə yoxdur.

     Buna misal olaraq bir neçə Quran ayəsinə işarə etmək olar:

    1. "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim." (İbrahim-37)

    2. "Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!" (İbrahim-40)

    3."Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!" (Ta-Ha-14)

   Həzrət İsa (ə) beşikdə ikən Allahın namazı vacib etdiyindən xəbər verərək buyurur:

    İsa peyğəmbər (ə)

    4."O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu." (Məryəm-31)

    Namazın vacibliyi tək peyğəmbərlərin dilindən deyil, Loğman kimi əməlisaleh şəxslərin dilindən də bəyan olunur:

    5. "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!" (Loğman-17)

    Və nəhayət, Həzrət Muhəmmədə (s) xitabən buyurulur:

    6."(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. " (Ənkəbut-45)


Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 869 | Downloads: 0 | Comments: 4 | Rating: 5.0/1
Total comments: 4
0  
4 GADİR   (2012-10-25 10:32 PM) [Daxil et]
BACİ və QARDAŞLARİN QURBAN BAYRAMİNİ SƏMİMİ GƏLBDƏN TƏBRİK EDİRƏM. ALLAH MÜBARƏK EDSİN BAYRAMİNİZİ.

0  
3 GADİR   (2012-10-25 10:26 PM) [Daxil et]
Amin. HƏZRƏT FATİMƏ(s,ə,s,) BUYURMUŞDUR:Bir kimsə bu salavati bir dəfə oxusa dənizlər mürəkkəb,ağaclar qələm olsa bunun savabini yazmaqla bitirə bilməz.
ALLAHUMMƏ SALLİ ƏLA MƏN RUHUHU MİHRABÜL ƏRVAHİ VƏL MƏLAİKƏTİ VƏL KƏVN.ALLAHUMƏ SALLİ ƏLA MƏN HÜVVƏ İMAMÜL ƏNBİYAİ VƏL MÜRSƏLİYN. ALLAHUMƏ SALLİ ƏLA MƏN HÜVVƏ İMAMÜ ƏHLİL CƏNNƏTİ İBADİLLAHİL MU`MUNİYN.
güman ediram hər vacib və yaxud müstəhəb namazdan sonra bu salavatin xeyiri və namaza əlavə kamillik verər.
HƏZRƏT ƏLİdən (s,ə,s,)
“Хüzusuz (Аllаh qаrşısındа qоrхu) nаmаzın fаydаsı yохdur. İnsаnı әbәs işlәrdәn sахlаmаyаn оrucun fаydаsı yохdur. Tәbәrrük vә tәfәkkürsüz Qurаn охumаğın fаydаsı yохdur. Tәqvаsız әmәlin хеyri yохdur. Sәхаvәtsiz mаlın fаydаsı yохdur. Günаh еdilәn хәlvәtin fаydаsı yохdur. Аrаdаn gеdәn nеmәtin хеyri yохdur. İхlаssız duаnın fаydаsı yохdur.”[719]
ALLAH-CƏMİ MÜSƏRMAN BACİ və QAARDAŞLARİN İBADƏTİNİ QƏBUL ETSİN.

0  
2 İstiğfar   (2012-10-25 11:53 AM) [Daxil et]
Allah her kəsi həqqiqi namaz qılanlardan qərar versin

0  
1 GADİR   (2012-10-25 7:44 AM) [Daxil et]
Salam Əleykum.
RE:-(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. " (Ənkəbut-45)-
Almaniyada universtetlərin birində ibadəd edən tələbə oxuyurdu, bir xeyli vaxt buna dekani nazərət edirdi, nəhəyət dekan tələbəni dəvət edir otğina və onu sorğu sual edir:
- səndə obirisilər kimi tələbəsən, məs niyə onlar kimi şənlənmirsən və firaban həyat yaşamirsan?
Tləbə: mən musəlmanam deyə cəvab verib və İslamin nəgədər gözəl oduğunu və bəzi əməllərdən çəkindirdiyini izah edərək dekanini İslama mübarək yola dəvət etdi,mübarək dəvəti dekan gəbul etdi.
Almaniyanin kanslerlərindən biri söyləmişdir: Mən istərdim orta məktəblərdə İslam dərsləri verilsin, bu fikir gələcək gənclərini tərbiyə mənasinda deilmişdir.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]