Bazar günü, 2019-08-25, 7:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Ən zirək mömin - ölümü xatırlayandır
2013-01-09, 7:25 AM

Ən zirək mömin - ölümü xatırlayandır

İmam Baqir (ə) buyurur: "Bir nəfər Peyğəmbərdən (s) soruşur: Sizin nəzərinizə görə ən zirək mömin kimdir?” Həzrət (s) buyurur: "O mömin ki, ölümü və getməyi xatırlayar - ən zirək mömindir”.

Möminlərdən biri, harada oturub-durardısa, gülərək deyərdi: "Biz behiştə gedəcəyik”. Ona dedilər: "Niyə behiştə?” Dedi: "Çünki bizim Allahla bir münaqişəmiz yoxdur və insanlara da borcumuz yoxdur. O kəs ki, Allahla münaqişədə deyildir, insanların haqqını zay etmir, onu hara apararlar? O, Allahın aşiqidir, namaz əhlidir, xoş əxlaqlıdır, güzəşt əhlidir”.

Beləliklə, bu möminin sözlərindən başa düşmək olur ki, o kəs ki, Allahla münaqişədədir, insanların haqqını tapdalamışdır, əzab əhli olar. Behişt möminlərin və cəhənnəm isə bu cür insanların yeridir. Bizim gedə biləcəyimiz başqa yer yoxdur - ya behiştdir, ya da cəhənnəm.

Ustad Ənsarian buyurur: "Məni dəvət edən bir böyük insanı gün ərzində bir neçə dəfə bazardan evinə getdiyini və qayıtdığını müşahidə etdim. Ondan soruşdum ki, niyə belə edir və bu, onun üçün çətin deyildirmi? Dedi: "Yox, atamın yaşı 80-dan çoxdur, bədəni qurumuşdur və üç ildir ki, yatağa düşüb. Mən hər gün səhər və axşam gəlib ona xidmət etməyə çalışıram. Soruşuram ki, bir şey lazımdır, yoxsa yox? Onu hamama aparıram, yeməyini yedizdirirəm. Paltarını dəyişib, onu nəvaziş edirəm”.

Ona dedim: "Məni atanın yanına apar”. Getdim və o qoca kişiyə dedim: "Halın necədir?” Dedi: "Çox yaxşı”. Dedim: "Nə edirsən?” Dedi: "Üç ildir ki, rəfiqimi gözləyirəm”. Dedim: "Rəfiqin kimdir?” Dedi: "Ölüm mələyi! Üç ildir ki, əlimdə bir iş gəlmir və axirət yolunun yolçusuyam. Gözüm qapıdadır ki, gəlsin və məni aparsın”. Bu sözləri heç bir qorxu hiss etmədən deyirdi. Soruşdum: "Vəsiyyətnamən vardır?” Dedi: "Bəli, ancaq mənim yazılı vəsiyyətim yoxdur. Əslində heç nə yazmamışam, əməli vəsiyyət yazmışam. Mənim üç qızım və iki oğlum vardır. Bir buğda tarlası, bir bağım və evim vardır. Onları Quranın buyurduğu kimi bölmüşəm. Mənim insanlara borcum yoxdur, Allahımla hesabımı görmüşəm. Zəkat və xumsumu vermişəm, bir dəfə Məkkəyə və iki dəfə Kərbəlaya getmişəm. İldə bir dəfə də Məşhədə getmişəm. Ancaq gözləyirəm ki, ölüm mələyi gəlib məni behiştə aparsın”.

İmam Sadiq (ə) İmam Baqirdən (ə) nəql edir: "Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Mənim niyə ölümdən qorxum var, nifrət edirəm? Ürəyim ölüm sözünü eşitmək istəmir. Bunun səbəbi nədir?” Həzrət (s) buyurur: "Sərvətin çoxdur?” Deyir: "Bəli”. Buyurur:” Topladığın bu puldan kimisə kömək etmisən?” Deyir: "Yox. Mən heç bir iş görməmişəm, ancaq pulu toplamışam”. Həzrət (s) buyurur: "Ona görə də ölümdən nigaransan. Bilirsən ki, ölüm mələyi gələn zaman bu pulların hamısı bada gedəcəkdir. Sən bu pullara ürək bağlamısan. İstəmirsən ki, ölüm səni bu pullardan ayırsın. Ölümün adını eşidən kimi başa düşürsən ki, ölüm, yəni səni bu sərvətdən ayıran şey. Ona görə də narahatsan və ölmək istəmirsən”.

İmam Sadiq (ə) İmam Baqirdən (ə) və o da imam Səccaddan (ə) nəql edir ki, buyurub: "İmam Əlidən (ə) soruşurlar: "Ya Əmirəl-möminin! Siz niyə ölümə aşiqsiniz? Ölməkdən qorxmursunuz?” Həzrət (ə) buyurur: "Gördüm ki, Allahın mənə verdiyi bu dindarlıq və məni hidayət etdiyi bu din - mələklərin və peyğəmbərlərin (ə) dinidir. Başa düşdüm ki, Allahım məni bu dinə və ona əməl etmək üçün dəyərləndirmişdir. Elə bir Allah yoxdur ki, mən bütün ömrümü dindar olam və dinə əməl edəm və öləndən sonra məni tək qoysun. Bizim belə Allahımız yoxdur”.

Bəli, mömin ölümdən qorxmamalıdır, əksinə ona hazır olmalıdır. Çünki heç kim bu dünyada cavidan qalmaz. Hər birimiz bir gün ölüm mələyini qarşılayıb, dünyamızı dəyişəcəyik. O günə qədər axirət yükümüzü toplamağa çalışaq.



(Erfan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 462 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]