Cümə günü, 2024-11-22, 8:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Ən xeyirlilər
2013-01-27, 7:18 AM
Ən xeyirlilər


Əbul Müəyyid Müvəffəq bin Əhməd Xərəzmi «Mənaqib» kitabının 17-ci bölümündə, sizin böyük müfəssirlərinizdən olan Hakim Əbül Qasım Ubeydullah bin Əbdullahil əl-Həskani «Şəvahidut-tənzil fi qavaidil-təfsil» və Məhəmməd bin Yusif Gənci əş-Şafei «Kifayətut-Talib», Sibt ibin Cuvzi «Təzkirətul-xuvasul-uməti fi mərifətil-əimməti» kitabında, Munzir bin Məhəmməd bin Munzir, məxsusən Hakim rəvayət etmişlər ki, (sizin böyük alimlərinizdən olan) Hakim Əbu Əbdullah Hafiz, mərfu bir sənədlə bizə xəbər verdi ki, Əmirəl-möminin Əli ibn Əbu Talibin (kərimullah vəchihu) katibi Yezid bin Şərahil o həzrətin belə buyurduğunu eşdiyini nəql edir: «Xatəmul-ənbiya (s) vəfat anında, mübarək kürəyi köksümün üzərində ikən, buyurdu: «Ya Əli! Allah-təalanın; «İman gətirib saleh əməldə olanlar, yaradılmışların ən xeyirliləridir» buyurduğunu eşitmədinmi? Bax, onlar sənin şiələrindir; mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır. Bütün ümmət hesab üçün toplaşdıqda, غراً محجلين (üzü ağ olanların rəhbəri) deyə çağrılacaqsınız».
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 642 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]