Cümə günü, 2024-03-29, 2:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Məhərrəm əhli olmaq – nə deməkdir?
2012-11-19, 9:12 PM
Məhərrəm əhli olmaq – nə deməkdir?

 Atalarımızdan və balarımızdan eşitmişik ki, qədim zamanlarda Məhərrəm ayını daha yaxşı dərk etmək üçün bu aya 40 gün qalmış əzadarlıq saxlayır və günahı tərk edərdilər. Aşura ziyarətini oxuyaraq, bu aya hazırlaşırdılar.


Hər kim bu ayda Allah bəndəsi olmaq istəyirsə, gərək Allahın halallarına riayət etsin. İnsan məhərrəm əhli olmaq istəyirsə, gərək yalan danışmasın, töhmət vurmasın, haram işlər görməsin.

O zaman ki, hacı Məkkədə məhərrəmli olar, 24 işi görmək ona haram olar. Onların 18-i halal işlərə aiddir.

Həzrət Peyğəmbər (s) buyurur: "Qəlblər üç növdür: birinci dəstə o qəlblərdir ki, dünyaya bağlıdırlar. İkincisi o qəlblərdir ki, axirətlə məşğuldur. Nəhayət o qəlb ki, Mövlaya bağlıdır”.

O qəlb ki, dünyaya bağlıdır, həmişə çətinliyə düçardır. O qəlb ki, axirətlə məşğuldur, ali dərəcələrə çatar. O qəlb ki, Mövlaya bağlıdır, həm dünyası var, həm axirəti və həm də Allahı vardır. Ancaq o qəlb ki, dünya ləzzətlərinə bağlıdır, onunla məşğul olar. Bunu bilməlidir ki, həmişə narahat və çətinliklər içərisində olacaqdır. Dünyada ona çatan hər bir şeyi az hesab edər. O qəlb ki, Allaha bağlıdır, nəticədə üç şeyi olar: dünyası var, dünyada heç bir narahatlığı olmaz, axirətdə isə axirət nemətlərinə sahib olacaqdır. Bunlardan ən üstünü isə Allah qürbuna çatacaqdır. Çünki bu insan həmişə Allaha bağlıdır.

Məhərrəmi qarşılamağın xüsusi əməlləri var:

1. Aşura ziyarəti oxumaq. Davamlı olaraq, hər gün və ondan sonra da iki rükət ziyarət namazı qılmaq məsləhətdir.

2. Qurandan 2 səhifə oxumaq və onu düşünərək oxumaq. Onun savabını isə İmam Hüseyn (ə) səhabələrinə hədiyyə etmək məsləhətdir.

3. Allahı zikr etmək, xüsusilə hər gün salavatı 100 dəfə demək məsləhətdir.

Bu üç əməl Məhərrəmi qarşılamağın ən mühüm əməllərindəndir. Bu əməllər bizə bu yolda yardım edər.

4. Günahı tərk etməyə səy göstərmək.

5. Az danışmaq (dil günahlarını tərk etmək: qeybət, töhmət kimi).

6. Qulaq asmağa diqqət etmək (eşitmə yolu ilə olan günahları tərk etmək: haram musiqi dinləmək, qeybət, iftira).

7. Görməyə diqqət (naməhrəmə baxmaq, günahla dolu olan təsvirlərə baxmaq).

8. Yeməyə diqqət etmək (halal maldan istifadə etmək, az yemək və israfdan çəkinmək).

9. Rəftara diqqət etmək (xoş əxlaqlı və mehriban olmaq, ata-anaya ehtiram göstərmək).

10. Çalışmaq ki, dəstəmazlı olmaq.

11. Vacib namazları əvvəli vaxtda qılmaq.

12. Həftədə iki dəfə qəza orucunu tutaq.



(Tebyan/ Deyerler.org )
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 791 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]