Çərşənbə günü, 2024-04-17, 2:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

İslamda Əyləncə (1.Bölüm)
2013-01-03, 10:50 AM
İslamda Əyləncə (1.Bölüm)

İslamda Əyləncənin Sərhədləri

Ön söz:

Hər vaxt mərasim və toylara qatıldığım zaman zehinimdə bir sual meydana gəlirdi: Bizim əyləncə və mərasimlərimiz bir müsəlman olaraq qərblilərdən fərqli olmamalımı? Bəzi səhv və səhvli şeylər bizim həyatımızla elə yoğurulmuş iç-içə gəlmiş ki, yavaş yavaş artıq ictimai normalara çevrilmişdir. Bunları dəyişdirməyə belə cəsarətimiz yoxdur və yanlarından maraqsızca keçib gedirik. Niyə  İslamda ən müqəddəs əlaqə yəni evlilik Qərb musiqiləri və rəqsləri ilə birlikdə olub əslində Avropa ya da Amerikadakı bir rəqs klubunu xatırlatsın? Belə bir suala cavab vermək üçün İslamın şənlik mövzusunda sərhəd və hökmlərini axtarışa başladım. Çünki İslam bütün ölçülərdə hər şeyə cavabı vardır və heç bir mövzunu cavabsız buraxmamışdır. Bu məqalədə İslamın əyləncə mövzusunda hökmü və İslamda əyləncə mövzusunda bir sərhəd təyin edib təyin etmədiyi məsələsinə cavab veriləcək. Ən köhnə zamanlardan əyləncə insanların həyatında xüsusi bir yeri vardır. Müxtəlif mədəniyyət və dinlərdə insanları əyləndirmək üçün xüsusi mərasimlər və qeyd etmələr mövcudmuş. İslam isə bir əhatə edici və ümumi din olaraq bu mövzunu unutmamış və islamiyyətə inananların əylənmələrini əhəmiyyət vermişdir. İslam insanların insani strukturlarına əsasən onların fərdi, ailəvi və ictimai əyləncələr üçün xüsusi bayramlar və əmrləri nəzərə almışdır. Müxtəlif Quran ayələri və rəvayətlər bu əhəmiyyətli mövzunu göstərməkdədirlər. Bütün mövzularda İslamın həssaslıqla əhəmiyyətli saydığı mövzu insani fəzilət və kəramətdən ibarətdir. Aydın İslam dini baxımından insan iki ölçüyə yəni hayvansal və ruhi ölçüyə malikdir. Bütün həyat sahələrində bizim fəaliyyətlərimiz və etdiklərimiz ruhi ölçümüzün möhkəmlətməsi ilə nəticələnsə bu fəaliyyətlər İslam baxımından qəbul və təsdiq edilər ancaq bunun əksinə olsa rədd edilər. Bu qısa müqəddimədən sonra, indi İslam və psixologiya baxımından əyləncənin nə olduğuna dönürük.

Əyləncə nədir?

Hamımız indiyə qədər həyatımızda əylənmə anlarını təcrübə etmişik. Ancaq bəlkə də indiyə qədər onun nə olduğu və həqiqəti haqqında bir şey soruşmamışıq. Duyğular, məsələn sevinc, əyləncə, kədər, hirs, nifrət və bənzər duyğular insanın çöldəki şeylərin qarşısında təsirləndiyi hallardır; insan əyləndirici şeylər qarşısında şənlənər, əylənər, kədərli şeylərdən narahat olar. Söz elm baxımından əyləncə, şən olma, sevinc, coşğunluq, fərahlıq və ərəbcə də isə behc, behcet, istibhac, meserret, irtiyah, genişləmə, vəcd və istixana ilə eşanlamlıdır (Dehhuda lüğəti). Quranı Kərimdə əyləncə mənası üçün ‘fərah' sözcüyü istifadə edilmişdir və təxminən 21 dənə müxtəlif məna və adlarla gəlmişdir. Psixologiyada əyləncənin qəti tərifi ‘hirsə qalib gəlmək və əzm, iradə və qərarda boşluq və zəifliyi yox etmək deməkdir.'

tebyan

Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 908 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]