Cümə axşamı, 2024-04-18, 10:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

İnsanın əməllərini qoruyan mələklər
2013-01-05, 0:12 AM
İnsanın əməllərini qoruyan mələklər
 Həzrət Səccad (ə) buyurur: "İlahi, bizim zəhmətlərimizi və əziyyətlərimizi əziz yazanlar üçün asan et və əməl dəftərimizi həsənələr və yaxşılıqlarla doldur. Bizi onların yanında pis əxlaqımızla rüsvay etmə”.

Əməl dəftərimiz bu gün bağlı olsa da, Qiyamət günü açılacaqdır. Bu, elə bir dəhşətli həqiqətdir ki, Quranda dəfərlərlə ona işarə edilmişdir. Quran insana dəfələrlə xəbərdarlıq etmişdir ki, əməl dəftərinin qara hərflərlə yazılmasına imkan verməsin.

Allah hər bir insana iki mələk hakim etmişdir ki, onun yaxşı və pis əməllərini qeyd etsin. Şeyx Səduq yazır: "Elə bir bəndə yoxdur ki, ona iki mələk hakim edilməsin ki, onun bütün əməllərini yazsınlar. O kəs ki, yaxşı əməli qəsd edər və onu yerinə yetirməz, onun üçün bir həsənə yazılar. Əgər yerinə yetirərsə, on həsənə yazılar. Əgər pis işi qəsd edərsə, onu yazmaz. Onu yerinə yetirən zaman isə 7 saat səbir edər, əgər tövbə edərsə, yazmaz. Ancaq əgər etməzsə, bir pis əməl yazar”. Şeyx Səduq başqa yerdə Məsum İmamlara (ə) istinad edərək yazır ki, insanın sağ çiynində onun yaxşı əməllərini yazan mələk və sol çiynində isə pis əməllərini yazan mələk əyləşmişdir.

İmam Əli (ə) buyurur: "Bilin, ey Allahın bəndələri! Sizin elə öz nəfsinizdən nəzarətçilər, öz əzalarınızdan casuslar və doğru söyləyən gözətçilər vardır ki, davamlı olaraq əməllərinizə və nəfəslərinizin sayına nəzarət edərlər. Nə gecənin qaranlığı sizi onlardan gizli saxlaya bilir və nə də onların ağır və çətin bağlı qapıları sizi əhatə edər”. İmamın (ə) bu nurani kəlamlarından belə başa düşmək olur ki, bu gözətçilər insanın nəfs və əzələlərinin daxilində yerləşir və düşüncə mərkəzinə yaxın bir yerdədirlər. Ona görə də onların ilk qeyd etdiyi şey - insan nəfsi və bədəni olmalıdır.

Hər bir halda insan əgər pak və nurani bir əməl dəftərinə malik olmaq istəyirsə, gərək mərifət vadisinə qədəm bassın. Qəlbini nur həqiqəti ilə aydınlatsın. Bunu isə Peyğəmbərimizin (s) və İmamların (ə) köməyi ilə etsin. Bütün əməl və hərəkətlərini İlahi əmrlərə uyğun tənzimləsin və Məhbubunun eşqində yanan pərvanə olsun. Çalışsın ki, gün ərzində Allahı, Qiyaməti və ölümü xatırlasın. Bunu da yaddan çıxartmasın ki, ona Allahla yanaşı, iki mələk də nəzarət edir və hər bir əməlini qeyd edirlər. Saleh əməl görərək, halal ruzi qazanaraq, vacibatları gözəl şəkildə yerinə yetirərək, ehtiyac sahiblərinə yardım edərək, əbədi saədətə çataq və bu iki mələyin yanında qiyamət günü üzümüz qara olmasın.



(Erfan/ Deyerler.org)

Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 815 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]