Cümə günü, 2024-04-19, 7:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

İnkişaf meyarı budurmu?
2012-10-27, 7:39 AM
İnkişaf meyarı budurmu?

Gözəl Bakının bugünkü siması arxitektura cəhətdən daha da gözəlləşir. Yeni inşa olunmuş binalar, təzə tikililər bu şəhərə əsrarəngiz yenilik, təkrarsızlıq bəxş edir. Lakin bu zahiri gözəllik insanın içərisində sanki gizli bir qorxu yaradır. Çünki tarixin ibrət səhifələri batini yüksəlişlə tamamlanmayan cəmiyyətlərdə zahiri təkamülün nəticəsinin dəhşətli olduğunu göstərir. Beləcə tarix dəfələrlə böyük qəsrlərin, təntənəylə dolu qələbələrin, imperiaların, sivilizasiyaların yerlə-yeksan olaraq yer üzündən silindiyinin şahidi olub. Bəli, dünyanın yarısını fəth etmiş Roma, Yunan, Osmanlı imperatorluqları və dünyanı lərzəyə salan bir çox başqa imperiyalar və dövlətlər əxlaqsızlığın yuvasına çevrilincə heç oldu. Sanki dünya gözəl pəri maskasını taxmış, əyləncə, şəhvət, eyş-işrətə qucaq açan və bu hiyləylə də məhv edən kahin qarıdır. Çal-çağır və şou biznes ildırım sürətilə inkişafdadır. Qəribədir ki, tikililər içərisində yalnız binalar və şadlıq evləri var. Elə bil bu şəhərin daha nə mədəni kitabxanalara, nə elmi mərkəzlərə və tədris ocaqlarına, nə də poliklinikalara və bu qəbildən olan obyektlərə ehtiyacı yoxdur. Sanki bu gün «mədəni» olmaq sadəcə geyinmək, özünü cəmiyyətdə olmadığı kimi göstərmək və…vəssəlam anlamını daşıyır. Bu tərzi–təfəkkürün nə bir geniş dünyagörüşlü düşüncə bazası var, nə də etik-əxlaqi dəyərlər prinsipi. Gənclər arasında gedən proses isə, təəssüf ki, dil öyrənməklə bitir. Kaş ki, ingilis diliylə bərabər, elə ingilis kübarlığını, özünü dəyərləndirməyi də mənimsəyəydilər. Çünki xüdbincəsinə zahiri titullarla kifayətlənən gənc üçün daha «həyatdan zövq al!» nidasından başqa nə qalar? O da bu zövqü «mini»lərdən başlayıb dar şalvarla, gözəllik müsabiqəsiylə başlayıb «miss kamasutra» seçimləriylə davam edən bəh-bəhlərlə, alqışlarla və Allah bilir daha nələrlə davam tapacaq bu «mədəniyyət» axınında axtarır. Doğrudan da, görəsən gecə-gündüz işrətsiz qalmayan bu gəncin talan olmuş ruhundan nə xəbəri olacaq? Ulduz yarışmaları da elə şadlıq evləri kimi maşallah sapa düzülüb. Hər TV kanalın öz proekti, hər proektin də 1, 2, 3…… qədər sayı. Bəlkə də əlinə mikrafon götürüb asan qazanc və karyera qazanmaq, bununla da iqtisadi çətinlikdə olan cəmiyyətdə işıq sürətiylə rifaha çatmaq istəyən bu gənc şöhrət axınında uğur qazanacaq, lakin mənəvi zənginlik sahəsində qədim mədəni irsə malik olan bir xalqa nə dərəcədə müsbət xidmət edəcək? İnanmağım gəlmədi ki, dahillər bu yolla yetişsin. Nə isə, zahiri get-gedə gözəlləşən Bakının nəbzi olan gənclik gözəlləşirmi?
Yadıma 19–cu əsrin ikinci yarısı düşdü. O zaman bütün Azərbaycan üzrə məktəb və tədris ocaqları sürətlə açılırdı. O axın Şirvanilər, Sabirlər yetirdi. Görəsən bizim nəvələrimiz 21-ci əsrdə kimlərlə öyünəcək? Allah öz rəhmətiylə bizi öz qəzəbindən, bizdən öncə şamil etdiyi qovmlərin aqibətindən hifz etsin.

Emruzə Abbasova

kovser.az


Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 776 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 İstiğfar   (2012-10-27 3:41 PM) [Daxil et]
Azərbaycan və İslam elə şərait yarılıbki bu iki kəlmə yana yanda dayana bilmir vallah bilmirsən nə deyəsən TV-yalar yarı çılpaq xanım müğənilərə ayirdıqları vaxtın 100de birini islama ayırmır guya bular islamdan dindən danışsa ixtişaşlar olacaq boş boş söhbetlərdi vallah məktəbə oğlanla qol qola sinəsinin yarısına qədər açıq olan şagirdə təhsil almaq olar öz iffətiylə hicabıyla qız təhsil ala bilməz görəsən hansı daha pis nümunədir.ALLAH BİZİ BAĞIŞLASIN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]