Cümə günü, 2024-03-29, 1:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

İmam Hüseynin (ə) müqəddəs türbətinin fəziləti və möcüzəsi
2012-11-20, 7:33 PM
İmam Hüseynin (ə) müqəddəs türbətinin fəziləti və möcüzəsi
 
(Erfan saytına istinadən)

 
Həzrət İmam Hüseynin (ə) türbətinə aid çox sayda hədislər vardır ki, hər dərdin davasıdır, ölümdən başqa. Bu müqəddəs türbətin möcüzəsi zikr ediləsindən də çoxdur. "Əlqəvayidi Rəzəviyyə” ktabında Seyid Nemətullah Cəzairi (r) haqqında yazılmışdır. Bu alim elm kəsb etmək üçün çox çətinliklər çəkmişdi. Hətta dərs oxumaq üçün bir çırağı belə olmamışdır, ay işığında mütaliə edərdi. Buna görə də gözləri çox zəifləmişdi. Gözlərinin şəfa tapması üçün bu müqəddəs türbətdən istifadə edərdi. Sürmə kimi gözlərinə çəkərdi. Bu türbətin vasitəsilə gözlərinə nur gəldi. Kəmaləddin Dəmiri "Həyatil-heyvan” adlı kitabında nəql edir: "Əfinin (zəhərli ilanın) gözləri kor olar, Allah Təala ona ilham verdi ki, gözünü nəm raziyanaya sürtsün. O, da raziyana olan bağı tapmaq üçün bayıra çıxır. Yolu çox uzaq olsa da özünü bu bitkiyə çatdırıb, gözlərini ona sürtür. Gözünün nuru geri qayıdır”. Bu məsələni Zəməxşari də nəql etmişdir. Allah-Təala bir bitkidə bu xüsusiyyəti qoyursa, ilana da ilham verirsə ki, ondan istifadə edib, şəfa tapsın, türbətin möcüzəsinə təəcüblənmək lazım deyildir. Allah yolunda öldürülmüş Peyğəmbər (s) nəvəsinin qanının töküldüyü torpaq da şəfavericidir. Bir neçə hədisə nəzər salaq:

1. Belə nəql edilir ki, behiştin huriləri görürlər ki, bir mələk hansısa bir işi görmək üçün yerə enir. Ondan xahiş edirlər ki, onlara İmam Hüseynin (ə) türbətini və təsbihini onlara hədiyyə gətirsin.

2. Belə nəql edilir ki, bir nəfər deyir: "İmam Rza (ə) mənim üçün Xorasandan bir bağlama göndərmişdi və onu açanda içində torpaq gördüm. Bu bağlamanı gətirən şəxsdən soruşdum ki, bu torpaq nədir? Dedi: İmam Hüseynin (ə) qəbrinin torpağıdır. İmam Rza (ə) göndərdiyi hər bir bağlamada bu torpaqdan qoyur və buyurur: Bu Allahın izni ilə bəladan amanda olmaq üçündür”.

3. Nəql edilir ki, Abdullah ibni Əbi Yəfur İmam Sadiqin (ə) xidmətində deyir: "Bir nəfər İmam Hüseynin (ə) qəbrindən torpaq götürüb və ondan bəhrələnib, ancaq ikinci dəfə götürəndə isə bəhrələnməyib”. Həzrət buyurur: Xeyr, Allaha and olsun ki, hər kim o torpaqdan götürər və bu etiqadda olar ki, ona fayda verəcəkdir, əlbəttə fayda görəcəkdir”.

4. Əbu Həmzə Səmalidən nəql edilir: İmam Sadiqdən (ə) nəql edilir: "İmam Sadiqə (ə) dedim: Görürəm ki, səhabələrimiz İmam Hüseynin (ə) torpağından götürüb, ondan şəfa istəyirlər. Məgər onda şəfa vardırmı?” Buyurdu: "Ondan şəfa istəmək olar. Qəbri ilə dörd mil aralıda olan torpaqdan götürmək lazımdır. Həmçinin cəddim Peyğəmbərin (s), İmam Həsənin (ə), İmam Zeynəlabidinin (ə), İmam Muhəmməd Baqirin (ə) qəbrlərinin torpaqları da o cürdür. O torpaqdan götür ki, hər dərdin şəfasıdır. Həm də hər nədən ki, qorxursan, onun üçün qalxandır. Şəfa istədiyin hər şeydən üstündür, duadan başqa. O şey ki, onu xarab edir, pis qablarda və ya pis yerlərdə saxlanmağına görədir. Hər kim bu etqadda olar ki, bu türbət onun üçün şəfadır, onunla müalicə olunarsa kifayətdir. Başqa dərmana ehtiyac yoxdur. Bu türbətin dəydiyi hər şey ətir verər. Şeytanlar və kafir cinlər insanlara həsəd aparırlar, ona görə özlərini bu türbətə sürtürlər ki, onu xarab etsinlər. Bu türbət onun sahibinin əlindədir. O, özünü bu türbətə sürtər, mələklər icazə verməz ki, onlar hərəmə daxil olsunlar. Əgər türbət onlardan amanda olsa, hər bir xəstəliyi ki, onunla müalicə edərlər, o saat şəfa tapar. Ona görə də o zaman ki, türbəti götürürsən, onu gizlət və ona coxlu Allahını adını oxu. Eşitmişəm ki, bəziləri türbəti götürəndə yemək qablarına və ya əllərini daha çox sürtükləri xurcunlara və çuvalların içinə tökürlər. Bu türbətdən necə şəfa tapmaq olar? Bu cür bahalı bir gövhərlə belə rəftar edirlər”.

5. Nəql edilir ki, hər kim bu türbətdən götürmək istəsə, barmaqlarının ucunda götürsün. O da bir noxud boyda. Onu öpsün və gözlərinə və bədəninə sürtsün. Sonra desin: "Allahım, bu türbətə xatir, orada dəfn olana xatir, cəddi, atası, anası, qardaşı, övladlarından olan İmamlara, mələklərə xatir Səndən istəyirəm ki, bu türbəti hər dərdin dəvası, hər xəstəliyin əlacı, hər bəlanın nicatı, qorxduğum hər şey üçün pənah qərar verəsən”. Sonra ondan istifadə et.

6. Belə nəql edilir: İmam Hüseynin (ə) türbətini möhür etmək üçün ona "İnna ənzəlnahu” surəsini oxumalısan. Əgər türbəti yemək istəsən və ya onu kiməsə yedizdirmək istəsən, de: "Allahın adı ilə, bunu faydalı bilik və hər dərdə şəfa qərar ver”.

7. Onun fəzilətləri çoxdur ki, o cümlədən meyitin yanına qoymaq, kəfənin üzərinə türbətlə yazmağın savabı böyükdür. Ona səcdə etmək yeddi pərdəni qaldırar, yəni namazın qəbul olmasına səbəb olar. Bu türbətdən təsbihin hazırlanması, onunla zikr edilməsi və əldə saxlanmasının da fəziləti böyükdür. Bu təsbihin xüsusiyətlərindən biri odur ki, insan əlində olanda zikr deyər, sahibi zikr deməsə belə, o, zikr deyər.

8. Həzrət İmam Rzadan (ə) nəql edilir ki, Həzrət buyurur: "Hər kim əlində İmam Hüseyn (ə) türbətindən düzəldlmiş təsbihi çevirər və deyərsə: "Sübhanallah, Əlhəmdulillah, Lə iləhə İlləllah, vəlallahu əkbər”, Allah-Təala hər dənəsinin əvəzində ona altı min həsənə yazar. Onun altı min günahını məhv edər, onu altı min dərəcə qaldırar. Onun üçün altı min şəfaət yazar. İmam Sadiqdən (ə) nəql edilir: "Hər kim əlində İmam Hüseyn (ə) türbətindən düzəldilmiş təsbih çevirərsə, bir dəfə tövbə edərsə, onun üçün 70 tövbə yazılar. Əgər təsbihi əlində tutarsa, təsbih deməzsə, hər dənəsi üçün 70 təsbih yazılar.”

9. Mötəbər hədisdə nəql edilir: "İmam Sadiq (ə) İraqa təşrif gətirir, bir qrup Həzrətin (ə) yanına gəlir və ərz edir: Bilirik ki, "İmam Hüseyn (ə) türbəti hər dərdə davadır. Bəs hər qorxuduğumuz şeyə də davadırmı?” Buyurur: "Bəli, hər kim istəsə ki, ona əmin-amanlıq bəxş etsin, o Həzrətin türbətindən düzəldilmiş təsbihi əlində tutsun, öpüb gözünə qoyaraq desin: "Allahım, Səndən bu mübarək türbət xatirinə, sahibinin xatirinə, cəddinin, atasının, anasının, qardaşının və pak övladlarının xatirinə istəyirəm ki, onu hər dərdə şəfa, hər qorxuya əmin-amanlıq, hər bir pislikdən qoruyan qərar ver”. Sonra təsbihi cibinə qoy və əgər səhəri bu cür edərsənsə, axşama qədər Allahın amanında olarsan. Əgər axşamı bu cür edərsənsə, səhərə qədər Allahın amanında olar. Başqa bir hədisdə nəql edilir: Hər kim padşahdan və ya qeyrisindən qorxarsa, evdən bayıra çıxarsa, bu əməli edərsə, onun şərindən amanda olar”.

Alimlərin nəzərinə görə, torpağı yemək düzgün deyildir, ancaq İmam Hüseyinin (ə) türbətini şəfa niyyəti ilə yeməkdən başqa. Bir noxud boyda, yaxşı olar ki, türbəti ağzına qoyasan, sonra üstündən su içəsən və deyəsən: "Allahım, onu faydalı bilik, hər dərdin şəfası qərar ver”.

Əllamə Məclisi (r) buyurur: "Yaxşı olar ki, o Həzrətin türbətini və təsbihini alıb- satmayasan, hədiyyə edəsən”. İmam Sadiqdən (ə) nəql edilir: "Hər kim İmam Hüseyn (ə) qəbrinin torpağını satarsa, sanki o Həzrətin ətini satıb, almışdır”.

Şeyx Muhəddis "Darul İslam” kitabında yazır: "Bir gün qardaşlarımdan biri anamın yanına getmişdi. Anam görür ki, onun aşağı cibində İmam Hüseyn (ə) türbəti vardır. Anam onu danlayır ki, bu türbətə qarşı ədəbsizlikdir. Orada sına bilər. Qardaşım da deyib ki, indiyə qədər iki möhürü sındırmışam. Ancaq söz verir ki, bir daha aşağı cibinə qoymasın. Bu hadisədən bir neçə gün keçəndən sonra atam yuxuda görür ki, Əba Abdullah (ə) onu görmək üçün evə gəlmişdir. Kitabxana olan otaqda əyləşmiş və mehribanlıq göstərərək, demişdir: "Oğlanlarını çağır, onlara ehtiram edim”. Oğlanları istədi və mənimlə bir yerdə beş nəfər idik. Hamı o Həzrətin qarşısında dayanır. Həzrətin yanında müxtəlif şeylər var idi və bir-bir çağırıb, onlara həmin şeylərdən verirmiş. Növbə həmin qardaşıma çatır, Həzrət ona nəzər salır və qəzəbli baxır. Atama hörmət edir və buyurur: "Sənin bu oğlun mənim qəbrimin iki türbətini aşağı cibinə qoyaraq sındırmışdır”. Həzrət (ə) qardaşımı o biriləri kimi çağırmır və ona tərəf nə isə atır. Bu yuxunu atam ayılan kimi anama danışır və anam da bu məsələnin doğru olduğunu ona söyləyir. Atam da yuxunun düzlüyünə təəcüblənir”.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 807 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]