Bazar günü, 2019-08-18, 11:15 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

İmam Həsən Əsgərinin (ə) mövludu mübarək olsun!
2013-02-18, 9:40 PM
İmam Həsən Əsgərinin (ə) mövludu mübarək olsun!


Tarixi mənbələrə görə əziz 11-ci İmamımız Həsən ibn Əli (Allahın salamı və rəhməti hər ikisinin üzərində olsun) 232-ci ildə Mədinə şəhərində anadan olmuşdur. Hələ kiçik idi ki, atası ilə bir yerdə Samiraya sürgün edilir. Onları əsgəri nizamında hərbçilərin nəzarəti altında sakin edirlər. Özü və atası İimam Əliyyən-Nəqi (ə) əsgəri rejimində sakin olduqları üçün bu iki Məsuma (ə) Əsgəreyn (ə) ləqəbini vermişdilər.

On birinci İmam (ə) 254-cü ildə 22 yaşında İmamətlik məqamına çatır, çünki, əziz atası Əli ibn Muhəmmədi (ə) şəhid etmişdilər. Təxminən 6 il imamətlik edir. 260-cı ildə isə şəhid olur. Mübarək bədənini atasının mübarək məzarının yanında dəfn edirlər.

İmam Həsən Əsgəri (ə) bəşəriyyətin bütün bəyənilmiş sifətlərinə malik idi. Əxlaq və fəzilətdə kamillik nümunəsi idi. Əziz İmamımız (ə) öz dövrünün ən təqvalı, ən mənəvi, ən kamil, ən səbirli, ən möhrətəm şəxsiyyətlərindən idi. Yüksək düşüncəyə, gözəl natiqlik qüvvəsinə, hüsnü-əxlaqa malik idi. O, insanlarla mehriban rəftar edər və yoxsullara qarşı çox səxavətli idi. İmam (ə) davamçılarının dayağı idi və onları daima düz yola hidayət edərdi.

İmam Həsən Əsgəri (ə) İlahi nurun cilvəsi idi. O, ibadətə, gecə namazına çox böyük əhəmiyyət verərdi. Batininin səfası, kəlamlarının sədaqəti, mehriban əlləri qəlblərə istilik verirdi. O günlərdə həyat tamamilə başqa cür idi. Hadisələrin tufanı Əhli-beyt (ə) davamçılarını çox sarsıdırdı. Ancaq İmam (ə) möhkəm iradəsi ilə onların həyatına sərin bir meh kimi əsirdi. Problemlərin bir çoxunu nurani kəlamları ilə sakitləşdirir və aram edirdi. Onun iradəsinin möhkəmliyi qəlblərə rahatlıq gətirir və onların yarasına məlhəm olurdu.

İmam (ə), Peyğəmbəri-Əkrəm (s) kimi insanlara təlim və tərbiyə verirdi. İmam (ə) rəftar və danışığı ilə insanlara hüsnü-əxlaqın yollarını öyrədir və onlara nəsihət verirdi. O, həm dostlarına və həm də düşmənlərinə təsir edə bilirdi. Onların fikir və düşüncələrində güclü dəyişikliklər yaradırdı.

İmam (ə) çox tövazökar bir insan idi və özü bu haqda buyurur: "Təvazökarlıq elə bir nemətdir ki, ona həsəd edilməz”. Üzü həmişə gülər olardı. İnsanlarla təbəssümlə danışardı. Bu yolla insanları özünə cəlb edərdi. İmam Həsən ibn Əli (ə) imamətliyinin qısa olmasına baxmayaraq, çox sayda insanları düz yola hidayət etmiş və davamçılarının suallarına daima cavab verməyə çalışmışdır. O, özündən əvvəlki İmamlar (ə) kimi ümmətin hidayətini çiyninə götürür və zalım hakimiyyətin dövründə özünü haqq yolunda qurban verir. İmam (ə) elə bir şəxsiyyət idi ki, həm dostları və həm də düşmənləri onun fəzilətinə, biliyinə, zahidliyinə, ibadətinə şəhadət verirlər.

Salam olsun sənə ey Əba Muhəmməd (ə)!

Salam olsun sənə ey Həsən Əsgəri (ə)!



(Həvzəh/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 592 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
+1   Spam
1 X_SUMQAYIT_X   (2013-02-18 10:00 PM)
Allah razi olsun butun bunlari saytda yerlewdiren her kesden,haqqinizi halal edin herden girib sizin sayenizde nelerise oyrenirik

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]