Çərşənbə günü, 2019-10-16, 11:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Həzrət Əbülfəzl Abbasın (ə) ləqəbləri
2013-06-13, 10:27 AM

Həzrət Əbülfəzl Abbasın (ə) ləqəbləri

 

Həzrət Əbülfəzl Abbasın (ə) ləqəbləri

 

Qəməri-Bəni-Haşim

Həzrət Əbülfəzlin (ə) zahiri siması o qədər gözəl idi ki, Bəni Haşimin Ayı adı ilə məşhur olmuşdu. O, həqiqətən Əhli-beyt (ə) ailəsi üçün bir ay idi. İslam dünyasında da ay kimi parladı. Şəhadət yoluna qədəm basanların yolunu da ay kimi işıqlandırdı.

 

Səqqa

Bu ləqəb Həzrətin (ə) məşhur ləqəblərindəndir. O, özü də bu ləqəbi çox sevirdi. Bu ləqəbin səbəbi isə Ali-Muhəmmədin (ə) susuzlarını sirab etməsinə görə idi. O zaman ki, İbni Mərcanə su yolunu Əhli-beytə (ə) bağlayır, İslam pəhləvanı dəfələrlə Fərata hücum edərək, oradan su gətirmişdi.


Bətəlul-Əlqəmə

Mənası "Əlqəmə Pəhləvanı” deməkdir. Əlqəmə çayın adıdır, Həzrət (ə) o çayın sahilində şəhid olur. Aşura günü bu çayı İbni Mərcanənin ordusu qoruyurdu. Onlar suyu Əhli-beytin (ə) üzünə bağlamışdılar. Ancaq Əbülfəzl-Abbas (ə) dəfələrlə bu çayı qoruyan düşmənlərə hücum edərək, oradan su gətirməyi bacarmışdı. Sonuncu dəfə Həzrət (ə) oradan su götürən zaman onu burada şəhid etmişdilər. Ona görə də ona "Əlqəmə Pəhləvanı” deyirdilər.

 

Ələmdar

Məşhur ləqəblərindən biri də Ələmdardır. Əbülfəzl Abbas (ə) İmam Hüseynin (ə) bayrağını Mədinədən çıxandan Kərbəlaya çatana qədər öz dəmir əllərində bayraqlandırmışdı. O zamana qədər ki, onu şəhid etdilər, bu bayraq onun əlindən düşmədi.

 

Kəbəşəl-kətibə

Mənası "Ordunun qəlbi” deməkdir. Bu ləqəbi bütün ordunun rəhbərinə verirdilər. Bu ləqəbi ona görə ona vermişdilər ki, Aşura günü İmam Hüseyn (ə) ordusundan hər cür təhlükəni dəf etmiş və onu qorumuşdu. Bu yolda güclü bir ələ bənzəyirdi ki, sayəsi və nuru düşməni məhv edirdi.

 

Əmid

Ordunun sərdarı, rəhbəri deməkdir. Ali rütbəli bir ordu rəhbərinə verilən ünvandır.

 

Hamiyə zəyinə

"Ailəsinin dirəyi” mənasındadır. O, hərəmin qızlarından və qadınlarından Mədinədən Kərbəlaya qədər müğayət olmuşdu. Bu qadınlara xidmət etməkdə çox böyük səylər göstərmişdi. O, hərəmin qadınlarını kəcavəyə mindirmiş və düşürtmüşdür.


Babül-havayic

Bu ləqəb də insanlar arasında məşhur olan ləqəblərdəndir. İnsanlar arasında belə bir əqidə vardır ki, əgər hacətlərini xaliscəsinə onu vasitə verərək, Allahdan istəsələr, Allah onu yerinə yetirəcəkdir. Həqiqətən, Həzrət Abbas (ə) İlahi rəhmət qapılarından biri və Allah qürbünə çatmağın vasitələrindən biridir. O, bu məqama Allah yolunda etdiyi cihadlara, İslam dininə yardımına, onu hifz etməsinə və nəhayət şəhadətinə görə nail omuşdur.

Bu deyilən ləqəblər Həzrətin ləqəblərinin bir hissəsidir. Çünki Həzrətin ləqəbləri çoxdur.

 

 

 

(Tebyan/Deyerler)

Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 441 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]