Cümə günü, 2024-03-29, 4:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Həbsdəki ilahiyyətçı Zeynəb Xanlarovanın evinin yandırılmasında təqsirləndirilir
2013-04-09, 2:59 PM
Həbsdəki ilahiyyətçı Zeynəb Xanlarovanın evinin yandırılmasında təqsirləndirilir
 

İlahiyyatçı Taleh Bağırov qarşı dövlət çevrilişinə cəhd və milli, irqi, dini ayrı-seçkiliyə çağırışla bağlı yeni ittihamlar irəli sürülə bilər. Bu barədə vəkil Anar Qasımlı dünən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında T.Bağırov ilə görüşündən sonra Turan-a bildirib.

A.Qasımlının sözlərinə görə, artıq narkotik maddə ittihamı bir kənarda qalıb, yüksək vəzifəli şəxslər onunla görüşüb xütbəsi ilə bağlı söhbətlər aparırlar. "Bundan öncə hakimiyyəti sərt tənqid edən dindarlarla aparılan istintaq işlərinə əsaslanaraq T.Bağırov qarşı da yeni ittihamların irəli sürüləcəyini güman edirik”, – o vurğulayıb.

Vəkil deyib ki, istintaq T. Bağırov bildirib ki, onun adamları Bakı Şəhər İcra Hakimiyyətinin binasını yandırmağa cəhd edib, həmçinin Zeynəb Xanlarovanın və bir nazir müavininin Nardarandakı bağ evini yandırıblar. İstintaq bu hadisələrlə bağlı T. Bağırzadənin üzünə duracaq şahidlərin olduğunu da onun nəzərinə çatdırıb.

"T. Bağırov isə dinc yolla mübarizə apardığını istintaqın diqqətinə çatdırıb: "Mənim dinc mübarizəm yalnız hicab azadlığı ilə məhdudlaşmır, ümumilikdə insan haqlarının bərpasını əhatə edir”.

A. Qasımlı T.Bağırov Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsində deyil, Sabunçu Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib.

"Onun qollarını, ayaqlarını, gözünü və ağzını skoçla bağlayıb yerə yıxıb döyüblər. Tələb ediblər ki, narkotik maddə ilə bağlı ittihama qol çəksin. Bağırov işgəncələrə baxmayaraq qol çəkməyib. O vəkil tələb edib, istədiyi vəkillə təmin edilməyib”.

Tale Bağırov martın 31-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (qanunsuz 1,026 qr. heroin saxlamaq) ittiham olunur.

Tale Bağırov Azərbaycan Iqtisad Universitetini bitirib. Iranın Qum şəhərində, 2010-cu ildən 2011-ci ilin mayına qədər isə Iraqın Nəcəf şəhərində ilahiyyat ixtisası üzrə təhsil alıb.

O, martın 24-də məsciddə xütbəsində iqtidarı sərt tənqid edib. T.Bağırov çıxışı sosial şəbəkələrdə yayılıb. Bu çıxışdan sonra o həbs edilib.

qafqaznews.com


Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 753 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]