Çərşənbə günü, 2024-04-24, 6:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

“Facebook” sosial şəbəkəsinin bizlərə fayda və ziyanı nədir?
2013-05-25, 4:48 AM
"Facebook” sosial şəbəkəsinin bizlərə fayda və ziyanı nədir?

Ümumiyyətlə virtual aləm özünə güvəni kifayət qədər olmayan insanlar üçün gözəl məkandır. Yəni utanan, çəkinən, valideynləri tərəfindən lazımi diqqət edilməyən, öz fikirlərini deməkdən utanan, cəmiyyətdə özünü təsdiq edə bilməyən və s. tipli insanlar üçün. Virtual aləm sanki peyvənddir.


Xüsusən insanın fikirləri "bəyəndim” olunanda. Məhz buna görə də bir çoxlarımız "facebook”dan ayrıla bilmirik. Çoxumuzda da özünəgüvən hələ kifayət qədər deyildir. Bu tədricən düzələcək. Narahat olmayaq.


Əgər bağlılığımız çoxdursa "facebook”a, deməli narahatıq, ünsiyyət və özümüzü təsdiqə ehtiyacımız var, fikirlərimizə reaksiya yoxdur, həyatda var olduğumuzu isbat edə bilmirik, çevrəmizdə bizi anlamırlar, bizi dinləmirlər, fikirlərimizi yarıda kəsib hörmətsizlik edirlər və s. kimi hallar baş verir.


Bunun üçün də "facebook” yaxşı dərman görünür. Amma tam həll etməsə də prolemimizi, müəyyən qədər edir. Özümüzü təsdiqə şərait yaradır, fikirlərimizə reaksiya gəlir, bizi təqdir edirlər və s. Beləliklə real həyatda hələ qazana bilmədiyimizi müəyyən qədər virtual aləmdə əldə edirik.


Amma ən düzgünü real həyatda ünsiyyətcil və güvənli olmaqdır. "Facebook” da bu reallığa çatmağa qədər addımlardandır. Bir şərtlə ki, virtual aləmdə göründüyümüz kimi olmağı reallığa çevirməyi hədəfə alaq. Əks halda virtual asılılığımız sanki şərab və narkotik asılılığına bənzəyəcəkdir.

Əlbəttə ki, yuxarıda dediklərimiz hər istifadəçiyə aid deyil. Çünki elə istifadəçi var ki, sırf dostlarıyla şəxsi yazışır, yenilikləri bölüşür və "bəyəndim” gözləmir, reklam-satış edir və s. bənzər hallar. Belə istifadəçilər konkret vəzifə icra edirlər və onlara psixoloji amillər demək olar maraqlı deyil.


ihq.az


Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 872 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]