Cümə günü, 2024-04-19, 4:14 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

FƏRƏC DUASININ FAYDALARI
2012-10-18, 4:52 PM
FƏRƏC DUASININ FAYDALARI
     İmam Mehdinin (ə) zühurunun tezləşməsi üçün edilən duanının, yəni fərəc duasının faydaları, xüsusiyyətləri və təsirləri haqda məsumlardan bir çox hədislər nəql olunub. Fərəc duası adətən namazlardan sonra, yaxud iki namazın arasında oxunur.  Burada biz o hədislərdən alınan faydalardan bir neçəsini siz oxucuların nəzərinə çatdırmaq istəyirik.
1.    Zühur üçün dua edilməsi İmam Mehdinin (ə) əmridir;
2.    Bu dua nemətlərin çoxalmasına səbəb olar;
3.    Qəlbdə olan məhəbbəti izhar etməkdir;
4.    İmamın müntəzirlərinin nişanəsidir;
5.    Şeytanın narahat olmasına səbəb olar;
6.    İnsanın axır zamanın fitnələrindən amanda qalmasına səbəb olar;
7.    O həzrətin haqlarından bir qismini əda etməkdir;
8.    Allaha və dininə təzim etməkdir;
9.    İmam Mehdi (ə) o insanın haqqında dua edər;
10.    Qiyamətdə imamın şəfaətinə nail olar;
11.    Duanın qəbul olmasına səbəb olar;
12.    Peyğəmbərin (s) əcrini əda etməkdir;
13.    Bəlanı insandan uzaqlaşdırar;
14.    Ruzinin artmasına səbəb olar;
15.    Günahların bağışlanmasına səbəb olar;
16.    İmamın görüşünə nail olmağa səbəb ola bilər;
17.    İmamın rəcəti (qayıdışı) zamanı dünyaya qayıtmasına səbəb olar;
18.    İmamın zühurunu tezləşdirər;
19.    Allahla bağladığı əhd və peymana vəfalı olduğunun nişanəsidir;
20.    Ömrünün uzun olmasına səbəb olar;
21.    Elm öyrənmək savabına nail olar;
22.    Axirət bəlalarından amanda qalar;
23.    Ölüm zamanı o insana müjdə verilər və onunla mülayim rəftar olunar;
24.    Bu duanı oxuyan şəxs Peyğəmbərin (s) dəvətini qəbul etmiş olar;
25.    Peyğəmbərin (s) duası ona şamil olar;
26.    Məzluma kömək etmək savabını qazanar;
27.    Böyüklərə edilən ehtiram və təvazökarlığın savabını qazanar;
28.    İmam Hüseynin (ə) intiqamını almaq istəyənlərin savabını qazanar;
29.    Həzrət Əlinin (ə) duası qiyamət günü ona da şamil olar;
30.    Qiyamət gününün susuzluğundan amanda qalar;
31.    Möminə nəsihət etməyin savabını qazanar;
32.    Bu duanın oxunduğu məclisdə mələklər iştirak edərlər;
33.    Mələklər onun bağışlanması üçün dua edərlər;
34.    Bu dua "ulul-əmr”dən, yəni əmr sahiblərindən itaət etmək deməkdir;
35.    Peyğəmbərin sevinməsinə səbəb olar;
36.    Qiyamət günü sorğu-sualı asan edər;
37.    Qüssələrin uzaqlaşamasına səbəb olar;
38.    İmamın qeybi dövründə edildiyi üçün daha artıq savaba səbəb olar;
39.    Bu dua Allah ipindən yapışmaqdır;
40.    İmanın kamil olmasına səbəb olar;
41.    Allah şüarlarına təzim göstərməkdir;
42.    Bu duanı oxuyan şəxs Peyğəmbər (s) yanında şəhid olmuş insanın savabını qazanar;
43.    İmam Mehdinin (ə) bayrağı altında şəhid olan insanın savabınıı qazanar;
44.    İmam Mehdiyə (ə) ehsan etmək savabını qazanar;
45.    Alim insana hörmət etmək savabını qazanar;
46.    Həzrət Fatimənin (ə) şəfaəti nəticəsində nicat tapar;
47.    Cənnətdə məqamı böyük olar;
48.    Bu dua Allah yanında ən sevimli əməllərdəndir;
49.    İmamlardan sonra insanların ən yaxşılarından hesab olunar;
50.    Bu duanı oxuyan şəxs Allah yanında ən sevimli insanlardan hesab olunar.

Tərcümə etdi: Kamran Məmmədov
islammektebi.org
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 598 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]