Çərşənbə axşamı, 2024-04-23, 9:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Dünya və axirət müvəffəqiyyətinin 2 yolu
2013-03-13, 9:11 AM
Dünya və axirət müvəffəqiyyətinin 2 yolu

 Həyatda müvəffəqiyyət qazanmış insanların ən mühüm xüsusiyyəti odur ki, ya bir işə başlamırlar, ya da əgər bir işə başlayıblarsa, onu sona çatdırırlar. Bir çox insaların problemi odur ki, ətraflarına bir nəzər salsalar, hər işi natamam qoyduqlarının şahidi olarlar. Əgər bu işlərini sona çatdırsaydılar, bugünkü vəziyyətdə olmazdılar.


O insalar ki, həyatda müvəffəq olmaq istəyir, iki dəstədir. Bir dəstənin nəzərinə görə insanın müvəffəqiyyət qazanması üçün heç bir qayda və qanuna ehtiyacı yoxdur. Hər bir insan rahatlıqla istədiyinə çata bilər. Ancaq ikinci dəstə bu fikirdədir ki, müvəffəqiyyət qanunu çox qarışıq bir məsələdir. Hər bir insanın ixtiyarına verilmir. Bunun üçün bir ömür çalışmaq lazımdır.

Ancaq həqiqət budur ki, bu iki dəstənin heç biri bir saniyə belə bu müvəffəqiyyətin şirinliyini hiss edə bilmirlər. Çünki Allah Təala bizim xoşbəxt və səadətə çatmağımız üçün elə bir resept nazil etmişdir ki, orada müvəffəqiyyətə çatmaq üçün dəyərli tövsiyələr vardır. Qurani-Kərimin hər ayəsi iki şərtlə bizi xoşbəxt edər:

1. Ona yəqinimiz və inamımız olsun.

2. Öz yəqin və inancımıza əməl libası geyindirək.

Tarixdə çox sayda insanlar olub ki, Quranın bir ayəsini eşitməklə həyatlarında böyük dəyişikliklər baş vermişdi. Elə buna görə də çox yüksək məqamlara çatmışdılar.

Belə surələrdən biri "Həmd” ("Fatihə”) surəsidir ki, hər bir müsəlman onu hər gün tilavət edir. Bu surədə müvəfəqiyyətin çox sayda sirləri gizlənmişdir. Onların hər birinə əməl etməklə həyatımızda tufan yarada bilərik.

Birinci yol. Yarımçıq işlərinizi sona çatdırın. (Bismilləhir-Rahmənir-Rahim!).

Bu surə Quranın başqa surələri kimi, Allahın adı ilə başlayır. Bu ayə ilə bağlı çox sayda hədis nəql edilmişdir ki, onun əhəmiyyətini bizə bəyan edir.

İşlərimizi yarımçıq qoymayıb, sona çatdırmaq üçün bütün işlərimizin başında Allahın adını çəkək. Belə ki, Allah buyurur: "Nə zaman bəndə deyər: Bismilləhir-Rahmənir-Rahim! Allah Təala buyurar: "Bəndəm Mənim adımla başladı. Mənim üzərimdədir ki, işlərini yerinə yetirəm və ona hər bir halda bərəkət verəm”.



İkinci yol. Dünya və axirət nemətlərindən faydalanmaq.

Müvəffəqiyyət qazanmış insanlar o insanlardır ki, həyatları boyu hər nemətə görə Allaha şükür ediblər. Bu insanların şükür dili vardır. Bu həmd və şükrü həm həyatda və həm də axirətdə müşahidə etmək olar.



1. Həzrət İbrahim (ə). Həzrət ahıl yaşında iki övlad sahibi olanda ilk işi Allaha şükür etmək olmuşdu. «Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən mənim Rəbbim duanı eşidən və qəbul edəndir». ("İbrahim” 39).



2. Həzrət Nuh (ə). Həzrət Nuha (ə) Allah tərəfindən xitab gəlir ki, nə zaman özün və yoldaşların gəmiyə mindiniz, həmd və şükr edib deyin: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur». ("Muminun” 28).

Axirətdə möminlər və təqvalılar özlərini behiştdə Allah nemətlərinə qərq olmuş halda müşahidə edən zaman, Allaha həmd və şükür edərlər.

”Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq. Onların (ayaqlarının) altından çaylar axır. Və onlar deyərlər: «Həmd və şükür Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq. Doğrudan da Rəbbimizin peyğəmbərləri haqq və doğruluqla (bu məqsədlə) gəldilər». Və onlara nida olunacaq ki: «Bu Cənnət (dünyada) etdiklərinizin mükafatı olaraq sizə verildi və (kafirlərin payı olan və onların əmməllərini düzəldəcəkləri təqdirdə bəhrələnmələri üçün nəzərdə tutulmuş) o Cənnət (də) əməllərinizə görə irs olaraq sizə çatdı (onların küfrləri ölüm hökmündədir və payları sizə düşdü)». ("Əraf” 43).

Müvəffəqiyyət qazanmış insanların belə bir sifəti vardır ki, dünya və axirət xeyirinin ardınca olarlar. "Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru». ("Bəqərə” 201).

Bu insanlar həyatın hər bir şəraitində şükür edərlər. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Bu xüsusiyyət nəticəsində dünya və axirət nemətlərindən faydalanarlar”.

"Nə zaman bəndə "Əlhəmdulillah” deyər, Allah onu dünya və axirət nemətlərindən faydalandırar”.

Nəticədə demək olar ki, "Həmd” surəsinin bu iki ayəsində müvəffəqiyyətə çatmağın iki yolu bəyan edilmişdir. Biri işləri natamam qoymamaq üçün onu Allahın adı ilə başlamaq. İkincisi isə Allahın dünya və axirət nemətlərindən faydalanmaq üçün Ona hər bir şəraitdə həmd və şükür etməkdir. İstər bu həyatımızın şirin anları olsun, istərsə də acı.



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 968 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]