Cümə axşamı, 2024-05-02, 0:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Dünya və axirət dərmanı
2013-01-14, 7:30 PM
Dünya və axirət dərmanı

 İmam Baqir (ə) nəql edir: "Bir gün Şeybə Həzəli Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ya Rəsullah! Mən qocalmışam, bədənim əvvəllər görüdüyüm namaz, oruc, həcc, cihad işlərində mənə yardım etmir. İndi isə bu əməlləri görməyə qadir deyiləm. Sizdən xahiş edirəm ki, mənə yüngül əməl, mənalı və asan hədis öyrədəsən ki, onu yerinə yetirə biləm. Allah Təala da məni Öz feyzindən bəhrələndirsin”. Həzrət (s) buyurdu: "Ey kişi! Öz istəyini təkrar et”.


Şeybə Həzəli öz istəyini üç dəfə təkrar edir. Həzrət (s) buyurur: "Sənin ətrafında helə bir ağac qalmamışdır ki, sənin istəyinə rəhm etmək üçün ağlamamış olsun. Nə zaman sübh namazından ayrıldın, on dəfə de: "Subhənallahil-‘azimi və bihəmdih, və lə həvlə və lə quvvətə illəbilləhil-‘aliyyil-‘azim".

Allah bu duanın köməyi ilə sənə afiyət verəcək və onun bərəkətinə görə Allah sənə korluqdan, dəlilikdən, yaradan, xoradan, pərişanlıqdan... nicat verəcəkdir”. Şeybə deyir: "Zikr etdiyiniz bu dua mənim bu dünyam üçün idi. Lütfən axirətim üçün də dua deyin ki, ondan da bəhrələnə bilim”.

Həzrət (s) buyurur: "Hər namazdan sonra de: "Əllahumməhdini min ‘indikə və əfizi ‘aləyyə min fəzlikə və ənşur ‘aləyyə min rahmətikə və ənzil ‘alə min bərakətik".

Əgər bu duanı ölənə qədər desən, tərk etməsən, Qiyamət günü məhşərə daxil olan zaman behiştin səkkiz qapısı sənin üzünə açılar. Hansı qapıdan istəsən daxil ola biləcəksən””.



(İslami saytlara istinadən/ Deyerler.org
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 627 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]