Cümə günü, 2024-04-26, 1:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Duanın qəbul olmasının zəruri 2 şərti
2013-01-15, 7:58 AM
Duanın qəbul olmasının zəruri 2 şərti

Quran buyurur ki, bəndənin Allaha dua etməsi - onun vəzifəsidir, belə ki, Allahdan hacətini istəməmək Ona qarşı etinasız olmaq mənasını verər. Allah buyurur: "Əgər sizin duanız olmasaydı, Allah sizə etina etməzdi”.

Duanın qəbul olmasının iki şərti vardır:

1. Dua etmək.

2. Xaliscəsinə Allahdan istəmək, başqasından deyil.

Bəzi dualar qəbul olmur və zahirən bunun səbəbi odur ki, duada bu şərtlərdən biri olmamışdır. Yəni ya dua həqiqi deyildir, ya da dua edən Allahdan xaliscəsinə istəməmişdir.

Bəzən də dua qəbul olar və ancaq dua edən qafil olur. Çünki qəbul olan duaların növləri vardır:

1. yerinə yetməsi təxirə düşən;

2. axirətdə yerinə yetən;

3. ehsana çevrilərək yerinə yetən.



Ona görə də duanın bu iki şərtinin həyata keçməsi üçün çalışmalıyıq. Xüsusilə də duada ixlas olmalıdır. Əlbəttə bəzən Allah da böyüklüyünə görə ixlası olmayan duaları da müsbət cavablandırar və yerinə yetirər.

Beləliklə bu iki məqalədən belə nəticə çıxartmaq olar ki, bəndənin duası iki şərt olmadan qəbul olmaz. Birincisi onu Allahdan istəməlidir və ikincisi isə onu səmimi qəlbdən istəməlidir, xaliscəsinə istəməlidir. Yəni keyfiyyəti mühümdür. Duanın qəbul olmasına mane olan amilləri aradan qaldırmalıdır ki, onlardan biri də günahdır. Bunu da yaddan çıxartmaq lazım deyildir ki, bəzi duaların qəbul olması qiyamətə saxlanılmışdır. Həmin günü bizə hədiyyə kimi təqdim ediləcəkdir.



(İslami saytlara istinadən/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 663 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]