Cümə günü, 2024-04-26, 7:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Dinimizi dünyamıza fəda etməyək
2013-01-22, 11:38 AM
Dinimizi dünyamıza fəda etməyək

Bütün insanlar sevir ki, həyatlarında həmişə ziyan deyil, xeyir görsünlər. Hədəflərinə çatmaq üçün ona görə həmişə planlı iş görərlər.


O kəslər ki, halal ruzi qazanmaq yolunu gedirlər, həyatda çox çətiniklərlə üzləşirlər. Onlar günlərinin çox hissəsini işdə keçirtdikləri, üçün dini vacibatlarını hövsələ və səbirlə yerinə yetirə bilmirlər. O kəslər ki, Allaha təvəkkül edir, Allahın verdiyi ruziyə qane olurlar. Mömin çalışmalıdır ki, maddi işləri mənəvi həyatına mane olmasın. Çünki əks halda dünya və axirət ziyanına uğrayar.

İmam Əli (ə) dəyərli kəlamında bu haqda buyurur: "İnsanlar din işlərini dünyalarını islah etmək üçün tərk etməzlər, əgər belə olarsa, Allah ondan da ziyanlısını üzlərinə açar”.

Ona görə də əgər insan dinini dünyasına qurban verərsə, şübhəsiz daha çox ziyan etmiş olar. Məsələn, dünyada gördüyü işə görə namazını əvvəl vaxtda qılmaz. Ya sərvətinin çoxalması üçün xüms və ya zəkat verməz. Bir ticari alış-verişdə nə qədər yalan danışar, riya edər. Bütün bu ziyanlar bizim özümüzə qayıdacaqdır.

Tarixdə oxuyuruq ki, ibadətkar bəndələrin çoxu yoxsul bəndələr olmuşdular. Yəni əllərində olana qane olub, daha artığını istəməmişdilər. Ancaq çox təəssüf ki, belə hallara da rast gəlinmişdir ki, ibadət əhli olan insanlara hansısa bir vəzifə təklif ediləndə məqam kürsüsü onları tamamilə dəyişdirmişdir. Sanki əvvəllər ibadət əhli deyildilər.

Əgər insan həqiqətən dünya və axirət xeyrini istəyirsə, səbirli və hövsələli olmalıdır.

Səbir üç cür olur: fərdi səbir, ailəvi səbir və ictimai səbir. Fərdi səbrin özü də üç hissəyə bölünür: ibadətdə səbir, günahı tərk etməkdə səbir, çətinliklərdə səbir etmək. Hər birinin öz növbəsində öz təsiri vardır. Onları asanlıqla əldə etmək mümkün deyildir. İnsan səy edərsə, səbrin hər bir halına malik ola bilər.

Bütün bu deyilənləri insan o zaman edə bilər ki, dünyaya güclü bağlanmasın və hədəfi Allah razılığını əldə etmək olsun. Quran Həzrət Yusif (ə) haqqında buyurur ki, əgər Yusifin ismət və təqvası olmasaydı, o da Züleyxa kimi günaha batardı.

Təqvaya sahib olmaq və Allahdan çəkinmək çətin bir iş olsa da, həqiqi mömin olmaq istəyən müsəlman üçün əldə edilə biləcək bir əməldir. İnsan əgər əzmini Allaha çatmaqla bağlayarsa, ibadətlərini axsatmazsa, ruzi qazanmağı belə, ibadət sayılacaqdır. Həqiqi möminin etməli olduğu iş - həm ibadətlərini yerinə yetirməsi və həm də ailəsini dolandırmaq üçün günün müəyən vaxtlarında ruzi qazanmasıdır. Ancaq mühüm olan budur ki, maddiyyata qapılıb, mənəviyyatı yaddan çıxartmasın.


(Tebyan/Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 669 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]