Cümə axşamı, 2024-04-25, 10:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

DAHA ÇOX TƏSİRƏ MALİK OLAN DUA
2012-11-05, 11:10 AM
DAHA ÇOX TƏSİRƏ MALİK OLAN DUA

(Tebyan saytına istinadən)

Necə ki, yemək üçün müəyyən miqdar duz lazımdır, eləcə də o kəsin ki, layiqli bir əməli vardır, yeməyə lazım olan duz qədər duaya ehtiyacı vardır. Vaxtında edilən dua insan səadəti üçün lazım olan duzdur.

O zaman ki, insan dərk edir ki, Allah ondan həm zahiri və həm də batini bəndəyilini bəyan etməsini istəyir, bilməlidir ki, bu acizliyini dilində də izhar etməlidir. Bu acizlik Allah qarşısında zəlil olduğumuzu boynumuza almaqdır. Onlar ki, bu əməlin şirinliyini dadıblar, bilirlər ki, bu acizliyin nə qədər izzəti vardır. O kəslər ki, ali məqama çatıblar, yenə də duaya ehtiyac duyurlar. Onlar da bəndəliklərini dillərinə gətirir və aciz olduqlarını söyləyirlər. Bu, bir ibadətdir.

Allah insandan istəyir ki, dərgahında fəqirliyini və imkansızlığını dilinə gətirsin. Allah bəndəliyi yolunda, insan bədənin bütün üzvləri həmrəy və həmahəng olarsa, bu yolda daha yaxşı nəticələr əldə etmək olar. İnsan bütün bəndən üzvləri ilə dua edərsə, bütün varlığı ilə Allahın müqəddəs dərgahından istəyini istəmiş olar. Təbiidir ki, bu zaman İlahi rəhmət bütün varlığını əhatə edər. "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm”. ("Bəqərə” 186).

Dua edən zaman insan Allahdan hansısa hacətini istəyir və Allah da onu yerinə yetirir. Ancaq o kəslər ki, İlahi məhəbbətinin dadını dadıblar, onlar üçün ön böyük ləzzət odur ki, "Ya Allah” deyən zaman cavabında ona "Ləbbeyk” deyilsin. O zaman ki, insanın qəlbi ancaq Allaha diqqət edər və başqalarından qafil olar, istəyən zaman Allah hacətini verər. İnsan ehtiyacı olduğu hər şeyi Allahdan istəməlidir, özü kimi ehtiyaclı olanlardan deyil. Həzrət Musa (ə) deyir: "Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam». ("Qəsəs” 24).
Həzrət Musa (ə) bu sözləri deyən zaman Misirdən qaçmışdı və nə yeməyi var idi və nə də qalmağa yeri. Səhrada qumun üstündə yatır və aclıqdan səhra otlarını yeyirdi. Allah da Şueybin vasitəsilə ona yardım göndərir və Şüeyb onu öz qızı ilə evləndirir.

Bəli, əgər insan bir şeyi Alalhdan bütün qəlbi ilə istəyərsə, Allah ona inayət edər. Lazım deyildir ki, Allahdan uzun və ətraflı bir şey istəyək və vaxtımızın çox hissəsini dua etməyə sərf edək. Kifayətdir ki, kiçik bir duamızı bütün varlığımızla edək və istəyək. İnsan duasını uzun edərsə, fikri dağılar və diqqətini toplaya bilməz. O duada ki, qəlb Allahdan qeyrisinə diqqət etmişdir, onun heç bir təsiri olmaz. Əgər insan ruhi hazırlıqla yanaşı, yaxşı əməl sahibi də olarsa, duası tez qəbul olar.

O insanlar ki, nalayiq işlərlə məşğuldurlar, bəzən dualarının qəbul olmamasından şikayət edirlər. Bu cür insanların duasının qəbul olmaması təbiidir. Çünki insan nalayiq iş görən zaman qəlbi daima Allahdan qeyrisində olur və bu cür insan necə Allaha diqqət edə bilər ki? O insanlar Allaha tam diqqət edə bilirlər ki, saleh əməl sahibidirlər.

Ona görədir ki, Peyğəmbər (s) buyurur: "Layiqli və yaxşı əməl ilə elə o miqdar dua kifayətdir ki, yeməyə də o qədər duz kifayətdir”. Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Ey Əbazər! O kəs ki, layiqli əməli olmadan dua edər, o kəsə bənzəyər ki, kamanı olmadan ox atar”.

İnsan həyatı başdan-başa ibadət və bəndəliklə dolu bir həyat olmalıdır. İstər fərdi həyatı olsun, istər sə də ictimai. İnsan həm ailəsində, həm qonşularına qarşı, həm də cəmiyyətdə bəndəliyini yaddan çıxartmamalı və məhz bu rəftarı büruzə verməlidir.

Əlbəttə insanların mənəvi durumdan asılı olaraq, istəkləri də fərqlidir. O kəslər ki, Allah bəndəliyinin ali məqamına çatıblar, istəkləri çox alidir. İstədikləri Allah qurbu, xəlq olmuşlardan ehtiyacsız olmaq, axirət və dünya səadətinə yol tapmaq, Allahın onlara inayət etdiyi nemətlərin davamlı olmaısıdır. Onlar inanırlar ki, ancaq Allah onların bu istəklərini yerinə yetirər, başqası deyil.

Ancaq o kəslər ki, bəndəliyin aşağı mərtəbəsində yer tutublar, qarın, paltar və qalacaqları yeri fikirləşirlər. Əlbəttə Allah onlara da istədikləri şeyi verir. Ancaq Allah yanındakı məqamları daha aşağı olar.

Beləliklə, deyə bilərik ki, insanın duasının qəbul olması üçün yaxşı əməli olmalıdır, ondan sonra bütün bədən üzvləri ilə dua etməlidir. Bura dili, qəlbi və bütün varlığı aiddir. Dua edən zaman diqqəti ancaq Allahda olmalıdır, Allahdan qeyri nə varsa, bunlardan qafil olmalıdır. Duası qısa və aydın olmalıdır. Dua edən zaman özünün acizliyini həm dilində və həm də qəlbində izhar etməlidir.

İnşaallah ki, dualarımız qəbul olar.


Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 791 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2012-11-05 6:37 PM) [Daxil et]
Bəsməlləh.
Çətinliyə düşdükdə
"Allahummə lə səhlə illə mə cəaltəhu səhlən va əntə təcəlu-l-huznə izə şitə səhlən". "Allahım Sənin asanlaşdırdığın işdən başqa asan iş ola bilməz və Sən istəsən kədəri də rahat edərsən."

Peyğəmbərin (s.ə.s.) oxuduğu ümumi dualardan
«اللهم إني أعوذ بك مِنْ سُوءِ الْقَضَاءِ وَمِنْ دَرَكِ الشَّقَاءِ وَمِنْ شَمَاتَةِ الأَعْدَاءِ وَمِنْ جَهْدِ الْبَلاَءِ»
"Allahummə inni əuzu bikə min sui-l-qada va min dərki-ş-şəqa və min şəmatəti-l-ə`da va min cəhdil bəla." "Allahım pis aqibətdən,
bədbəxtçilikdən, düşmən təcavüzündən, bəla çətinliyindən Sənə sığınıram".

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]