Cümə günü, 2024-03-29, 10:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Dərviş həyatı
2013-06-16, 2:47 PM
Dərviş həyatı
   Dərviş (farsca qapı-qapı gəzən adam mənasındadır). İslam ölkələrinin çoxunda bu söz "təriqət mənsubu" mənasındadır. Lakin farsca və qədim türk dillərində "sədəqə toplayan" kimi dar mənada işlədilir. Ərəbcə bunun müqabili "fağır" sözüdür.
Dərvişlər bir qrup təriqətlərə bölünürlər. Məsələn Nemətullahi, Hurufi, Əhli-həqq dərvişləri vardı. Avestada bu ada "deriqu" kimi rast gəlmək olur. Dilənçi və möhtac mənalarını verən dərviş sözü çox güman ki, qədim sanakrit və dayı sözü olan "adriqu" sözü ilə eyni kökə malikdir.
    Dərvişlər, adətən sufiyanə həyat tərzi sürərdilər. Dərviş sözünün köklərinə dair maraqlı açıqlamalar verilmişdir.
    1. "Dər" - fars dilində qapı mənasını verir. Dərvişlər qapı-qapı düşdükləri üçün onlara belə bir ad verilmişdir.
    2. Sözün kökü "Dərviz" dir "Dər-aviz" - qapıdan asılan mənasını verir. Sözün sonuncu "z" hərfi, "ş" hərfinə keçdiyindən "dərviz" "dərviş" kimi tələffüz olunmağa başlayıq. Dərvişlərə belə bir ad diləndikləri zaman sanki qapıdan asılıb qaldıqları üçün verilmişdir.

    KÖÇƏRİ HƏYAT TƏRZİ
   Dərvişlər əksər hallarda köçəri həyat tərzi sürər, bu səbəbdən də şəxsi məskənləri və məişət əşyaları olmazdı. Tərki-dünyalıq edən dərvişlər ixtiyarlarında olan malların Allaha məxsus olduğunu hesab etdiklərindən "mənim paltarım", "mənim ayaqqabım" kimi sözlər işlətməzdilər. Orta Asiyada dərvişlər dövlət tərəfindən onlar üçün tikilən "xanegahlarda" məskunlaşardılar.

    Orta əsrlərdə bəzi dövlətlər dərvişlərin daimi səfərdə olduqlarından istifadə edib casusluq üçün onları qonşu ölkələrə göndərərdilər.

    Sadə həyat
    Dərvişlər etdikləri hər şeyi yarı bölməli idilər. Yosxul həyat tərzi sürən dərvişlər evlərinə gələn qonaqlara daha çox səxavət göstərərdilər. Onlar ixtiyarlarında olan hər şeyi qonağa verər, nə özlərinə, nə də ailə üzvlərinə bir şey saxlayardılar.
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 657 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]