Main » Files » Digər məlumatlar » Digər məlumatlar |
2012-11-07, 10:01 AM | |
Cahiliyyət ənənələri Xəyanət qurbanı Səhrada itməsinlər deyə, köynəklərini tərsinə geyinərdilər. Uzunmüddətli səfərə çıxdıqda həyat yoldaşlarının xəyanət edib-etmədiklərindən əmin olmaq üçün bir ağacın kövdəsinə ip bağlayardılar. Qayıtdıqda əgər ip bağladıqları kimi qalsaydı, demək həyat yoldaşları onlara xəyanət etməmişdir. Əks halda onlarala çox sərt davranardılar. İnək su içmədikdə öküzün döyülməsi Cahil ərəblər inəkləru su içmək üçün quyuların kənarına gətirərdilər. Öküzlər orada olduqda inəklər bəzən hürküb su içməzdilər. Cahil ərəblər bunun səbəbini öküzlərin buynuzları arasında qərar tutan divlərdə görər və onları qorxutmaq üçün inəklərin üz və buynuzları arasına vurardılar. Qəbir kənarında dəvənin damarlarının kəsilməsi Müsafir və ya qohumlarına qarşı səxavətli olan şəxsin ölümündən sonra qəbrinin kənarında bir dəvənin damarını kəsib qanını yerə axıdar və faciəvi şəkildə onun ölməsinə tamaşa edərdilər. Yağış istəyi Ərəbistan yarımadasında ilin bütün fəsillərində kəskin qaranlıq hökm sürdüyündən yerli əhali bundan əziyyət çəkirdi. Onlar sələ və uşər ağaclarının quru budaqlarını bir-birinə sarıyıb, onu da inaəyin quyruğuna bağlayardılar. Sonra çubuqlara od vurub inəyi dağın başına qovardılar. Quyruğu yanan inək nərə çəkərək qaçır, cahil ərəblər isə onun nəriltisini ildırım səsinə bənzədərdilər. | |
Views: 915 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0 |
Total comments: 1 | ||||||
|