Çərşənbə günü, 2024-04-24, 9:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Bu il Qurban bayramı oktyabrın 26-na təsadüf edəcək (əməllər)
2012-10-23, 9:39 AM
Bu il Qurban bayramı oktyabrın 26-na təsadüf edəcək (əməllər)
 Artıq Zilhiccə ayını yaşayırıq. Bir neçə gündən sonra müqəddəs Qurban bayramını qarşılayacağıq. Bu il Qurban bayramı oktyabrın 26-na (Zilhiccə ayının 10-u) təsadüf edəcək.

Bu günün bir neçə müstəhəb əməlləri var. Qurban bayramının gecəsi o dörd gecələrdəndir ki, əhya saxlanılması tövsiyə edilmişdir. Bu gecə səmanın qapıları açılar. Bu gecə oxunan dua: "یا دائم الفضل

علی البریة، یا باسط الیدین بالعطیة، یا صاحب المواهب السنیة صلی علی

محمد و اله خیر الوری سجیة و اغفرلنا یا ذاالعلی فی هذه العشیة" "Ya daiməl fəzli ələl bəriyyə..” duası.



Həmçinin bayram gününün əməlləri bunlardır:

1. Qüsl.

2. Qurban bayramının namazı.

3. "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını oxumaq.

4. "Nüdbə" duası.

5. Qurban kəsmək.

6. Namazdan sonra bu təsbihləri təkrar etmək: "الله اکبر الله اکبر و

لااله الا الله والله اکبر الله اکبر ولله الحمدالله اکبرعلی ما هدانا

الله اکبر علی ما رزقنا من بهیمةِ الانعام و الحمدُالله علی ما ابلانا" "Əllahu əkbəru Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbəru və lillahil həmd, Əllahu əkbəru əla ma hədana, Əllahu əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəl həmdu lillahi əla ma əblana. ” ("Məfatih" kitabının 568-ci səhifəsində verilmişdir)



/Deyerler.org/
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 775 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2012-10-23 3:37 PM) [Daxil et]
Salam Aleykum
Allah mübarək etsin bayraminizi
İbadədləriniz qəbul olunsun İnşallah
Allah qəbul etsin qurbanlarinizi.

QURBAN BAYRAMİNDAN ƏVVƏL MÜSTƏHƏB
ORUC VƏ NAMAZ !
Zilhəccə ayi – Birinci 1-9-cu günün tamamina kimi, oruc saxlamaq oruc bayramina gədər, niyyət- Zilhəccə ayinin orucunu (namazini giliram) saxlayiram Qurbətən il Əllah.
bayram günü haramdir.
9- gün ərzində 2 rikət namaz qilinmali şam namazindan sonra,
1-ci rikət: HƏMD+İXLAS+ 142-ci ayə ƏRAF surəsi ayə belədir: ---
+---Bismillahir-Rəhmanir-Rəhim. Vəva-*ədna Musa səlasinə ləylətən və ətməm-naha bi-*ərşin-fətəmmə miqatu Rəbbihi ərbə-*inə ləylətən. Və qalə Musa li-əxihi harunəx-lufni-fi- gəvmi-əəslih-vəla təttəbi səbiləl-mufsidin.
2-ci rikət +gunut - eyni qaydada təkrar , sonra Salamlar.

ALLAH RAZİ OLSUN.ƏLHƏMDULİLLAH.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]