Çərşənbə axşamı, 2024-04-16, 9:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Bədgümanlıq - cəhənnəmin açarı!
2012-10-21, 8:57 PM
Bədgümanlıq - cəhənnəmin açarı!


Çirkin əxlaqi sifətlərdən biri suizən – bədgümanlıqdır. Suizən dedikdə bir şəxsin müsbət əməl və rəftarlarının mənfi yozulması nəzərdə tutulur.
Ayətullah Seyid Həsən Mürtəzəvi Şahrudi öz dərslərində buyurur: 
Əmirəlmöminin (ə) buyurur: "İnsan iki dəyərli sərmayəyə malikdir: əql və nitq.” İnsan həqiqətləri ağlı ilə dərk edir. Əgər ağıl şeytani təlqinlərə əsir olmasa, infaq, cihad, oruc, namaz, elm, şəhadət, zəkat kimi faydalar sorağınca gedər. Nitq də belədir. İnsan şeytana uymasa dilinə günah söz gəlməz. Bu həqiqətlərə etiqad olmayan yerdə müvəffəqiyyət də yoxdur. İmam Səccad (ə) ağıl və nitq nemətləri dəyərləndirilməyən yerdə mümkün təhlükələr barədə danışarkən həsəd və suizənin təhlükəsini xüsusi vurğulayır, bu iki çirkin sifətin insanı cəhənnəmə sürüklədiyini bildirir. İmam (ə) Allaha müraciətlə ərz edir: "İlahi, bu hallar əvəzinə Sənin haqqında düşünməkdə yardımçı ol.” Suizən edən insan əvvəlcə yersiz axtarışa başlayır, sonra qeybətə keçir. Bəzən isə böhtan da dilə gəlir. Başlanğıc isə suizəndir. Əmirəlmöminin (ə) buyurur: "Pis insan kimsə haqqında yaxşı fikirdə olmur. O hamını özü kimi pis bilir.”

HaqqYolu/Tebyan
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 788 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 GADİR   (2012-10-22 1:06 AM) [Daxil et]
Salam Aleykum.
İmam Əli(s.ə.s)buyurub; Təcüb edirəm o insana ki əvvəli bir damci bulanliq sudur, axiri çürüyən irilinliyən casəd, o ikisinin arasinda başdan ayağa kimi günah, məs necə ola bilərki o özünü kimnənsədə artiq hesab edə!?
Salamun aleykum.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]