Cümə günü, 2024-03-29, 9:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Ayətullah Məkarim Şirazi: "İnsanlar ehtiyatlı olsunlar ki, Novruz bayramı təşrifat və təmtəraq müsabiqəsinə çevrilməsin”
2013-03-20, 11:53 AM
Ayətullah Məkarim Şirazi: "İnsanlar ehtiyatlı olsunlar ki, Novruz bayramı təşrifat və təmtəraq müsabiqəsinə çevrilməsin”
 Ayətullah Məkarim-Şirazi Noruz bayramı ərəfəsində bəzi tövsiyələr vermiş və stəmişdir ki, bu qədimi bayramı təşrifat və təmtəraq müsabiqəsinə çevirməsinlər. (abna)
Ayətullah Nasir Məkarim Şirazi fiqh dərsində demişdir: "Novruz bayramı - İslami bir bayram deyildir, ürfi bir bayramdır. Əlbəttə biz elə rəftar edə bilərik ki, bu bayramla İmami-Əsrin (ə.f.) razılığını qazanaq. Həmçinin elə rəftar da edə bilərik ki, bu bayramla İmami-Əsrin (ə) qəzəbini əldə edək. Allaha həmd olsun ki, əlimizdə olan məlumata görə xürafi məsələlər zəifləməkdədir. Xüsusilə də cavanlar və insanlar ayılmaq üzrədirlər. Əgər bayram xürafi rəngə boyanarsa, İslam tərəfindən qəbul edilməz. Ancaq əgər ev təmizləmək, sileyi-rəhm, yoxsullara yardım, barışmaq kimi insani xarakter daşıyarsa - çox yaxşı olar. Çünki, İslam bunların tərəfdarıdır. Əlbəttə bayram adı altında deyil, İslami təlimlər altında təmizlik, sileyi-rəhm, yoxsullara yardım etmək vurğulanmalıdır. İnsanlar gərək ehtiyatlı olsunlar ki, Novruz bayramı təşrifat və təmtəraq müsabiqəsinə çevrilməsin. Çünki həyat təmtəraqa düçar olarsa, iş çətinləşər. Ümid edirəm ki, müsəlman xalq İslamın və İmami-Əsrin (ə.f.) inayətini qazanacaq bu məsələlərə diqqət edəcəklər. Əgər biz bu mövzulara diqqət etsək, İmami-Əsrin (ə.f.) razılığını qazanacağıq. Ancaq əgər onun əksi olsa, bu hadisə başqa cür olacaqdır. Biz gərək xəyal etməyək ki, Əhli-Beyt (ə) davamçısı olmaq ziyarətlə, əzadarlıqla, təvəssüllə xülasənir. Bunların üçü də yaxşıdır, ancaq kifayət deyildir. Biz gərək bu məsələni özümüzə və başqalarına başa salaq. Əgər İslamın şərq və qərbdə yayılmasını istəyiriksə, dini təlimlərə əməl etməli və yuxarıda deyilənlərə diqqət etməliyik”. 
 
(arxivdən)
/deyerler.org/
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 760 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]