Cümə günü, 2024-03-29, 12:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Axirətin ölçü tərəziləri
2013-03-15, 9:43 PM
Axirətin ölçü tərəziləri

İnsan əgər özünü tanıyarsa, Məbdəsini də tanıyar. Əgər özünə mərifəti yoxdursa, İlahi ürfana da çata bilməz.

Hədislərin birində oxuyuruq: "Peyğəmbər (s) bir küçədən keçirmiş və bir qoca qadını görür ki, ip əyirirdi. Peyğəmbəri (s) tanımadı. Həzrət (s) ondan soruşur: "Hansı dindəsən?”. Deyir: İslam. Buyurur: "Allahı qəbul edirsən?”. Deyir: Mütləq. Buyurur: "Allahın mövcud olmasına sübutun nədir?”. Qoca qadın əlini alətdən çəkir və deyir: "Bu, mənim sübutumdur. Əgər əlim aləti hərəkət etdirməsə, bu alət hərəkət etməz, dayanar. Aləmdə olan bu qədər hərəkət etməli olan şeylərin hərəkət etdirənə ehtiyacı yoxdurmu?”.

Əgər insan keçmişinə bir nəzər salsa, görər ki, bir gün yox idi və birdən insan şəklində bu dünyada yaşamağa başladı. Bu, Allahdır ki, biz insanları xəql etmiş və bizə can vermişdir. Bu məsələ batinimizdə həll olarsa, bir gün bu dünyadan gedəcəyimizə diqqət etməyə başlayarıq. Hər bir meyvə ağacdan dərilən kimi, hər bir insan da bir gün bu dünyadan dərilərək, gedəcəkdir.

Özümüzü tanımaq yolu ilə Allahı da dərk etdikdən sonra görürük ki, Allah bizə məad və ölülərin yenidən dirildilməsi haqqında ayələr buyurur. Bəs Allah bizləri necə dirildəcəkdir? Biz axı torpaq olacağıq. Onu yaddan çıxartmayaq ki, biz insan kimi xəlq edilməmişdən qabaq da torpaq idik və Allah bizi xam torpaqdan xəql etmişdi. Bəs indi yenidən bunu edə bilməzmi?!

İnsan gərək Xaliqi ilə məadına aid vəzifələrini tanısın. Yəni bilsin ki, Allah onu xəlq edərək, ondan nə istəyir, vəzifələri nədir? Yoxsa məni sadəcə xəlq etdi, sonra da öz başına buraxdı?

Tarixə baxanda görürük ki, Allah bizlərə 124 min peyğəmbər göndərmişdir. Bu, o deməkdir ki, ey insan, Mənim səninlə işim var və sənin də vəzifələrin vardır. Bu vəzifələrin hamısı insanın öz xeyrinədir.

O biri məsələ isə məada olan baxışımızdır. Allah buyurur ki, verdiyim vəzifələrə necə əməl etdiyini axirətdə yoxlayacağam. Bunu əməl tərəzisi ilə ölçəcəyəm. Əgər tərəzi ağır olsa, deməli yerin behiştdir.

Bəs əməllərimizi çəkmək istəyən bu tərəzi nədir? Allah buyurur ki, bu tərəzi Mənim xalis ədalətimdir. "Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir”. ("Ənbiya” 47).

Əbu Ləhəb Peyğəmbərin (s) əmisi idi. "Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona! Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz. O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır”. ("Məsəd” 1-3).

Hədislərin birində oxuyuruq: "Allah əzab mələklərinə buyurur: "Peyğəmbərin (s) əmisinin əzabını bir az azaldın”. Soruşurlar: "Niyə? Çünki Peyğəmbərin (s) əmisidir?” Buyurur: "Heç vaxt. Peyğəmbər (s) körpə olan zaman Həlimənin südü yox idi və o, da ac idi. Əbu Ləhəbin də bir kənizi var idi ki, təzə uşaq sahibi olmuşdu. Ona əmr edir ki, gedib, qardaşı oğluna süd versin. Ona görə də onun əzabını yüngülləşdirin, çünki Mən heç kimə zülm etmirəm. Ancaq gərək cəhənnəmə gedəydi, yaxşılıq etdiyi üçün onun əzabını yüngülləşdirin””.



Qiyamət günü əməlləri çəkəcək tərəzilər

1. Quran.

Bu tərəzidə çox şey cəm olar: özünü tanımaq, Allahı tanımaq, məadı tanımaq kimi. İnsan əgər dünyaya və axirət gününə iman bəsləyərsə, Əbuzər, Səlman, Miqdad kimi olar. Bu tərəzilər üç hissədən ibarətdir. Birincisi Quran-Kərimdir. "Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!” ("Əraf” 8).

2. Peyğəmbəri-Əkrəm (s).

İkinci tərəzi isə Peyğəmbəri Əkrəmdir (s).

"Muhəmməd isə İslam ümmətinin atasıdır”. ("Həcc” 78). Peyğəmbərimiz (s) Qiyamət günü şahid olaraq əməllərinizi sizinlə üzləşdirəcəkdir. Əgər əməlləriniz onun nübuvvəti ilə uyğun olarsa, dəyərli əməl sayılar. Ancaq əgər uyğun gəlməzsə, buyuracaq: "Vay halına o namaz qılanların ki,” ("Maun” 4).



3. Əmirəl-möminin (ə).

Üçüncü tərəzi Əmirəl-möminindir (ə). Allah Qiyamət günü əməllərimizi Əmirəl-mömininlə (ə) ölçəcəkdir. O, Allahın tərəzisidir və insanların əməlləri onunla ölçüləcəkdir.

Xaliqimizi və məadımızı tanıyaq və axirət gününə iman bəsləyək. Çünki bunlar dinimizin vacibatlarıdır.



(Erfan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 761 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]